Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
11.11.2024 - Vətəndaş Leyla Ləmbəranskaya
Vətəndaş Leyla Ləmbəranskaya məktubunda müraciətinə çevik reaksiya verilməsinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə Nəsimi Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
11.11.2024 - Bakı şəhər sakini Mətanət Cəbrayılova
Bakı şəhər sakini Mətanət Cəbrayılova məktubunda vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılmasına, göstərilən diqqət və qayğıya görə Azərbaycan polisinə təşəkkürünü bildirir.
11.11.2024 - Bakı şəhər sakini Lamiə İsmayılova
Bakı şəhər sakini Lamiə İsmayılova məktubunda ictimai asayişi ayıq-sayıq qoruyan, obyektiv və operativ olan, vətəndaş müraciətlərinə həssaslıqla yanaşan və xidməti vəzifələrini layiqincə yerinə yetirən Azərbaycan polisinə minnətdarlığını bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.
11.11.2024 - Vətəndaş Fazil İsmayılov
Vətəndaş Fazil İsmayılov məktubunda vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılmasına, göstərilən diqqət və qayğıya, eyni zamanda, operativliyə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.
11.11.2024 - Vətəndaş Nofəl Əliyev
Vətəndaş Nofəl Əliyev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi yol-nəqliyyat hadisəsi zamanı ona göstərilən həssas yanaşmaya və nəzakətli davranışlara görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
11.11.2024 - Vətəndaş Lətif Abdulbagiyev
Vətəndaş Lətif Abdulbagiyev DİN-in “Instagram” səhifəsinə ünvanladığı təşəkkür mesajında Nərimanov Rayon Polis İdarəsində ona göstərilən diqqətə və nəzakətli davranışlara görə DİN rəhbərliyi başda olmaqla RPİ-nin əməkdaşlarına təşəkkürünü bildirir.
11.11.2024 - Bakı şəhər sakini Rufat Məmmədov
Bakı şəhər sakini Rufat Məmmədov məktubunda müraciətinə operativ baxılmasına və həyata keçirilən tədbirlərə görə Səbail RPİ-nin 9-cu Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir.
11.11.2024 - Vətəndaş Vüqar Cəbiyev
Vətəndaş Vüqar Cəbiyev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciətinə çevik reaksiya verilərək müsbət həll olunmasında göstərilən köməkliyə görə Azərbaycan polisinə təşəkkürünü bildirir.
11.11.2024 - Vətəndaş Fərid Əhməd
Vətəndaş Fərid Əhməd məktubunda müraciətinə həssas yanaşılmasına, obyektivliyə, eyni zamanda, göstərilən diqqət və qayğıya görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.