Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
10.05.2024 - Salyan rayon sakini İsrail Günəşov
Salyan rayon sakini İsrail Günəşov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb: “Mənim müraciətim hüquqi müstəvidə öz həllini tapdı. DİN rəhbərliyinə və Azərbaycan polisinə təşəkkürümü bildirirəm. Yaşasın Azərbaycan polisi!”.
10.05.2024 - Vətəndaş Səadət Mustafayeva
Vətəndaş Səadət Mustafayeva DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb: “Sərnişini olduğum taksinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verdi. Nərimanov Rayon Polis İdarəsində qəbul olundum və mənimlə ciddi maraqlandılar. Hüquq və vəzifələrimi izah etdilər. Polisin vətəndaşla bu qədər yaxından maraqlanmasından çox razı qaldım. Bu səbəbdən DİN rəhbərliyinə və Azərbaycan polisinə təşəkkür edirəm”.
10.05.2024 - Vətəndaş Aytəkin Soltanova
Vətəndaş Aytəkin Soltanova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb: “Mobil telefonumun itməsi barədə polisə müraciət etmişdim. Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin əməkdaşları tərəfindən mobil telefonum tapılaraq mənə təhvil verildi. Bu səbəbdən DİN rəhbərliyinə və 41-ci Polis Bölməsinin əməkdaşlarına təşəkkürümü bildirirəm”.
10.05.2024 - Bakı şəhər sakini Sahilə Səfərova
Bakı şəhər sakini Sahilə Səfərova üzləşdiyi problemlə bağlı Daxili İşlər Nazirliyinə etdiyi müraciətə operativ baxıldığını, müvafiq tədbirlərin görüldüyünü yazır. O, müraciətinin müsbət həll olunduğunu qeyd edərək DİN rəhbərliyinə minnətdarlığını bildirir.
10.05.2024 - Bakı şəhər sakini İlqar Zakirov
Bakı şəhər sakini İlqar Zakirov müraciətinə operativ baxıldığına və obyektiv araşdırmalara başlanıldığına görə DİN rəhbərliyinə və Azərbaycan Polisinə təşəkkürünü bildirir.
10.05.2024 - Bakı şəhər sakini Tahir Mehralıyev
Bakı şəhər sakini Tahir Mehralıyev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb: “Yasamal Rayon Polis İdarəsinə etdiyim müraciət tam təmin olundu. Mənə dəyən ziyan geri qaytarıldı. Heç bir şikayətim yoxdur. Təşəkkürlər!”.
10.05.2024 - Bakı şəhər sakini Edvin Mehdixanov
Bakı şəhər sakini Edvin Mehdixanov təşəkkür məktubunda ünvanladığı müraciətinə operativ baxıldığını, Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsi tərəfindən obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll olunduğunu qeyd edərək polis əməkdaşlarına təşəkkürünü bildirir.
10.05.2024 - Vətəndaş Vüqar Yusubov
Vətəndaş Vüqar Yusubov DİN-in “Facebook” səhifəsinə ünvanladığı təşəkkür mesajında mənzilində baş vermiş oğurluq hadisəsi ilə bağlı Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinə müraciət etdiyini bildirir. O, polis əməkdaşları tərəfindən keçirilən operativ tədbirlərlə qısa müddətdə bu cinayətin üstünün açıldığını və cinayəti törədənlərin layiqincə cəzalandırıldığını qeyd edir.
Vüqar Yusubov müraciətinə dərhal reaksiya verildiyinə və həyata keçirilən operativ tədbirlərə görə Sumqayıt ŞPİ-nin əməkdaşlarına təşəkkürünü bildirir.
10.05.2024 - Bakı şəhər sakini Qədir İsmayılov
Bakı şəhər sakini Qədir İsmayılov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, DİN-in “Instagram” səhifəsi vasitəsilə ünvanladığı müraciətinə operativ baxıldığına, Nəsimi Rayon Polis İdarəsinə dəvət olunaraq hüquq və vəzifələrinin izah edildiyinə görə DİN rəhbərliyinə və Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.