Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Maral Xəlilova DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə Şəki ŞRPŞ-nin əməkdaşlarına minnətdarlıq edir.

Mingəçevir şəhər sakini Şıxəli Aşirov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda müraciətinə həssas yanaşıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət istiqamətdə həll olunduğuna görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Lənkəran rayonunun Separadi kənd sakini Muradxan Kazımov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciətinə həssaslıqla yanaşılmasına və operativ reaksiya verilməsinə görə Şəhər Rayon Polis Şöbəsinin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.

Bakı şəhəri Nərimanov rayon sakini Əsli Nəhmədova DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciətinə operativ reaksiya verilməsinə görə minnətdarlığını ifadə edir.

Lənkəran şəhər sakini Elnur Əhmədov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda vətəndaşlara qarşı sərgilənən yüksək mədəni davranışa və müraciətlərə həssaslıqla yanaşılmasına görə Lənkəran ŞRPŞ-nin rəhbərliyinə minnətdarlığını bildirir.

Lənkəran rayon sakini Aqil Əhmədov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda şəxsi təsərrüfatından oğurluq edən şəxslərin Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılmasına və ona dəyən maddi ziyanın ödənilməsinə görə minnətdarlığını ifadə edir.

Astara rayonunun Siyakü kənd sakini Fariz Caniyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda cinayətkarlığa qarşı aparılan qətiyyətli mübarizə tədbirlərinə görə Lənkəran ŞRPŞ-nin rəhbərliyinə minnətdarlığını bildirir.

Lənkəran şəhər sakini Telman Fətullayev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda ona qarşı soyğunçuluq etmiş şəxslərin Lənkəran ŞRPŞ-nin əməkdaşlarının peşəkarlığı nəticəsində müəyyən edilərək saxlanılmasına və dəymiş maddi ziyanın ödənilməsinə görə minnətdarlığını bildirir.

Masallı rayon sakini Spartak Nadirov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifələrinin öhdəsindən layiqincə gəldiyinə görə Rayon Polis Şöbəsinin rəhbərliyindən razılığını ifadə edir.