Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
06.06.2022 - Bakı şəhər sakini Feliks Vişnevetskiy
Bakı şəhər sakini Feliks Vişnevetskiy Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda mənzilində baş vermiş oğurluq hadisəsi ilə bağlı Nəsimi Rayon Polis İdarəsinə müraciət etdiyini bildirir. O, polis əməkdaşları tərəfindən keçirilən operativ tədbirlərlə qısa müddətdə bu cinayətin üstünün açıldığını və ona dəymiş maddi ziyanın tam ödətdirildiyini qeyd edir.
06.06.2022 - Vətəndaş Salman Süleymanov
Vətəndaş Salman Süleymanov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində aparılan qətiyyətli mübarizə tədbirlərinə görə DİN rəhbərliyinə və Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir, gecə-gündüz yorulmadan xidmət aparan, ictimai asayişi ayıq-sayıq qoruyan, xidməti vəzifələrini layiqincə yerinə yetirən Azərbaycan polisinə çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.
06.06.2022 - Vətəndaş Aynur Allazova
Vətəndaş Aynur Allazova müraciətinə operativ baxılaraq tədbir görüldüyünə, eyni zamanda polis əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı aparılan qətiyyətli mübarizəyə görə DİN rəhbərliyinə və Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir, çətin və şərəfli işlərində uğurlar arzulayır.
06.06.2022 - Cəlilabad rayonunun Göytəpə şəhər sakini Elnur Məmmədov
Cəlilabad rayonunun Göytəpə şəhər sakini Elnur Məmmədov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifələrinin öhdəsindən layiqincə gəldiyində görə Cəlilabad RPŞ-nin rəhbərliyindən razılığını ifadə edir.
06.06.2022 - Lənkəran şəhər sakini Həzi Əkbərov
Lənkəran şəhər sakini Həzi Əkbərov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciəti ilə əlaqədar Lənkəran ŞRPŞ-nin rəhbərliyi tərəfindən qəbul edildiyini, ona hüquqlarının izah edildiyini və məmnun qaldığını bildirir.
06.06.2022 - Sosial şəbəkə izləyicisi Adil Ağayev
Sosial şəbəkə izləyicisi Adil Ağayev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciətinə operativ reaksiya verilməsinə və Astara RPŞ-nin rəhbərliyi tərəfindən qəbul edilməsinə görə minnətdarlığını bildirir.
06.06.2022 - Cəlilabad rayon sakini Əliqənbər Əliyev
Cəlilabad rayon sakini Əliqənbər Əliyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifələrinin öhdəsindən layiqincə gəldiyinə və vətəndaş müraciətlərinə həssaslıqla yanaşıldığına görə Cəlilabad RPŞ-nin rəhbərliyinə minnətdarlığını bildirir.
06.06.2022 - Lənkəran rayon sakini Tofiq Mirzəyev
Lənkəran rayon sakini Tofiq Mirzəyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciəti ilə əlaqədar Lənkəran ŞRPŞ-nin rəhbərliyi tərəfindən qəbul edildiyini bildirir və məmnunluğunu ifadə edir.
06.06.2022 - Şəhid atası, Masallı rayon sakini Teymur Hüseynov
Şəhid atası, Masallı rayon sakini Teymur Hüseynov DİN rəhbəliyinə ünvanladığı təşəkkür məktubunda BDYPİ-nin Lənkəran şəhərində 5 saylı rayonlararası qeydiyyat-imtahan və texniki baxış şöbəsinin rəhbərliyinin vətəndaşların müraciətinə həssaslıqla yanaşmasına görə minnətdarlığını bildirir.