Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
13.11.2024 - Sosial şəbəkə istifadəçisi Tamara Seyidova
Sosial şəbəkə istifadəçisi Tamara Seyidova şahidi olduğu yol-nəqliyyat hadisəsi zamanı polis əməkdaşlarının nümunəvi xidmətinə, xoş rəftarlarına və nəzakətli davranışlarına görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkür edir.
13.11.2024 - Vətəndaş Nəzrin Məmmədova
Vətəndaş Nəzrin Məmmədova ünvanladığı məktubda üzləşdiyi problemlə bağlı polisə müraciət etdiyini yazır və onun müraciətinə həssaslıqla yanaşılaraq göstərilən köməkliyə görə Xətai RPİ 34-cü Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
13.11.2024 - Sosial şəbəkə istifadəçisi Sergey Yeqorov
Sosial şəbəkə istifadəçisi Sergey Yeqorov itirdiyi mobil telefonu ilə bağlı etdiyi müraciətə polis əməkdaşları tərəfindən peşəkarlıq nümaiş etdirməklə qısa zamanda tapılaraq geri qaytarılmasına görə Pirallahı Rayon Polis İdarəsinin kollektivinə minnətdarlıq edir.
13.11.2024 - Vətəndaş Musa Çobanov
Vətəndaş Musa Çobanov ünvanladığı məktubunda nümunəvi xidmətlərinə, xoş rəftarlarına və nəzakətli davranışlarına görə Xətai RPİ-nin 35-ci PB-nin əməkdaşlarına təşəkkür edir.
13.11.2024 - Sosial şəbəkə istifadəçisi Amin Xıdırov
Sosial şəbəkə istifadəçisi Amin Xıdırov müraciətinə operativ baxılmasına və probleminin müsbət həllini tapmasında göstərilən köməkliyə görə Azərbaycan polisinə minnətdarlıq edir.
13.11.2024 - Şəhid Fərrux Abbasovun həyat yoldaşı Gülnar Abbasova
Şəhid Fərrux Abbasovun həyat yoldaşı Gülnar Abbasova şəhid ailələrinə göstərilən köməkliyə, yüksək diqqət və qayğıya görə Azərbaycan polisinə təşəkkürünü bildirir.
13.11.2024 - Bakı şəhər sakini Elnur İsmayılov
Bakı şəhər sakini Elnur İsmayılov ona məxsus olan telefon və bank kartının itirilməsi ilə bağlı müraciətinə operativ baxılaraq onların tez bir zamanda tapılıb təhvil verilməsinə görə Nərimanov RPİ-nin 18-ci PŞ-nin əməkdaşlarına minnətdarlıq edir.
13.11.2024 - Sosial şəbəkə istifadəçisi Elçin Mərdanlı
Sosial şəbəkə istifadəçisi Elçin Mərdanlı oğlunun Pirallahı Rayon Polis İdarəsinə xidmətə qəbul olunmasında göstərilən köməkliyə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.
12.11.2024 - Şirvan şəhər sakini Zülfuqar Həsənov
Şirvan şəhər sakini Zülfuqar Həsənov DİN-ə ünvanladığı təşəkkür məktubunda etdiyi müraciətinə həssas yanaşılmasına və göstərilən köməkliyə görə başda DİN rəhbərliyi olmaqla Şirvan ŞPŞ-nin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.