Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini Nəzrin Davidova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb: “Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürümüzü bildiririk. Şikayətimiz təmin olundu. Var olun, hər zaman”.

Sabunçu rayonu ərazisində ictimai asayişin və ictimai təhlükəsizliyin etibarlı təmin olunması üçün gecə-gündüz yorulmadan ayıq-sayıq xidmət aparan rayon polis idarəsinin 42-ci Polis Bölməsinin əməkdaşlarına minnətdarlığını bildirən Bakı şəhər sakini Kamran Əfəndiyev onlara çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.

Vətəndaş Məlahət Əliyeva Daxili İşlər Nazirliyinə ünvanladığı təşəkkür məktubunda bildirir: “Pirallahı rayonu ərazisində avtomobilimizdə nasazlıq yarandı. Bu zaman xidməti vəzifələrini yerinə yetirən yol-patrul xidməti əməkdaşları bizə yaxınlaşaraq vəziyyətlə maraqlandılar. Problemin həllində bütün zəruri köməkliyi göstərdilər. Ailəm adından polislərimizə təşəkkür edirəm. Yaşasın Azərbaycan polisi!”.

Mingəçevir şəhər sakini Vasif Qocayev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb: “Təcili tibbi əməliyyat üçün Mingəçevir şəhərindən paytaxta gələn zaman yol polisi əməkdaşları bizə yardım etdilər, zamanında xəstəxanaya çatdıq və bir həyat xilas oldu. Həmin polis əməkdaşlarına və Azərbaycan polisinə təşəkkür edirəm”.

Bakı şəhər sakini Röyal Əlizadə məktubunda müraciəti ilə bağlı polis əməkdaşları tərəfindən obyektiv araşdırma aparılaraq məsələyə hüquqi qiymət verildiyini və dəymiş maddi ziyanın ona ödətdirilməsində köməklik göstərildiyini qeyd edir. O, müraciətinə diqqətlə yanaşıldığına, obyektiv araşdırmalara və operativliyə görə DİN rəhbərliyinə və Azərbyacan polisinə təşəkkür edir, çətin və şərəfli xidmətlərində onlara uğurlar arzulayır. 

Bakı şəhər sakini Mədət Əhmədov məktubunda üzləşdiyi dələduzluq faktı ilə bağlı Daxili İşlər Nazirliyinə etdiyi müraciətinə operativ baxıldığını, araşdırma aparılaraq məsələyə hüquqi qiymət verildiyini və müsbət həll olunduğunu qeyd edir. O, operativliyə, obyektiv araşdırmalara və müraciətinin həllində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Azərbaycan polisinə təşəkkürünü bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.

Vətəndaş Toğrul Tağıyev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb: “Sərnişini olduğum taksinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verdi. Nərimanov Rayon Polis İdarəsində qəbul olundum və mənimlə ciddi maraqlandılar. Hüquq və vəzifələrimi izah etdilər. Polisin vətəndaşla bu qədər yaxından maraqlanmasından çox razı qaldım. Bu səbəbdən DİN rəhbərliyinə və Azərbaycan polisinə təşəkkür edirəm”.

Bakı şəhər sakini Naciyə Kərimova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, DİN-in “Instagram” səhifəsi vasitəsilə ünvanladığı müraciətinə operativ baxıldığına, polis əməkdaşları tərəfindən hüquq və vəzifələri izah olunmaqla obyektiv araşdırmalara başlanıldığına görə DİN rəhbərliyinə və Azərbaycan Polisinə təşəkkürünü bildirir.

Bakı şəhər sakini Gülnarə Mustafazadə DİN-in “Instagram” səhifəsinə ünvanladığı müraciətinə operativ baxıldığını, Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll olunduğunu qeyd edərək Azərbaycan polisinə minnətdarlığını bildirir.