Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Jurnalist Xatun Etibarqızı “Facebook” sosial şəbəkəsindəki şəxsi səhifəsində status yazaraq Daxili İşlər Nazirliyinin rəhbərliyinə təşəkkür edib: “Bir neçə gün öncə sosial şəbəkələrdə müzəffər ordumuz haqqında yalan məlumat paylaşan şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Təşəkkür, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi.”

“Facebook” istifadəçisi Abuzər Cəfərli səhifəsində Daxili İşlər Nazirliyinə ünvanladığı statusunda narkotiklərin qanunsuz dövriyyəsi hallarının qarşısının alınması istiqamətində görülən işlərə və Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Jurnalist Gülşən Hacıyevanın “Facebook”da yazdığı statusu diqqətinizə çatdırırıq: “Əziz dostlar! İki gün əvvəl yaşadığım binanın həyətində futbol oynayan oğlumun mobil telefonu müəmmalı şəkildə yoxa çıxdı. Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə xəbər verildi. Polis əməkdaşları dərhal hadisə yerinə gəldilər, məsələnin araşdırılmasına başlandı. Sonra Daxili İşlər Nazirliyindən hadisə ilə bağlı məlumat verildi. Elə həmin gün lazımi tədbirlər görüldü, problem operativ şəkildə həllini tapdı. Göstərilən diqqətə və operativliyə görə Daxili İşlər Nazirliyinin kollektivinə təşəkkürümü bildirirəm.”

DİN-in “Instagram” səhifəsinin izləyicisi gördüyü hadisənin fotosunu çəkərək bizimlə bölüşüb. Vətəndaş bildirir ki, Bakı Şəhər Yol Polisi İdarəsinə gedib. İdarənin yaxınlığında bir vətəndaşın halı pisləşərkən yol polisləri lazımi ilkin tibbi yardım göstərib və sona kimi onun yanında dayanıblar. O, həmin polis əməkdaşlarına səhifə vasitəsilə təşəkkürünün çatdırılmasını xahiş edib.

DİN-in “Telegram” kanalının izləyicisi Hüseyn Ramazanlı səhifə vasitəsilə Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda narkotiklərin qanunsuz dövriyyəsi hallarının qarşısının alınması ilə bağlı müraciətinə operativ reaksiya verildiyini, polis əməkdaşları tərəfindən müvafiq tədbirlərin həyata keçirildiyini qeyd edir. O, müraciətinə obyektiv baxıldığına, həmçinin bununla bağlı həyata keçirilən tədbirlərə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Bakı şəhər sakini Aysel Nəbiyeva müraciətinə həssas yanaşıldığına və göstərilən köməkliyə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Bakı şəhər sakini Elmira Əlizadə məktubunda müraciəti ilə bağlı Nərimanov RPİ 18-ci Polis Bölməsində yüksək hörmətlə qarşılandığını və müraciətinin həlli istiqamətində araşdırma aparıldığını qeyd edir. E.Əlizadə ona göstərilən diqqət və qayğıya görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.

Jurnalist İlhamə Əbülfətin “Facebook”-da yazdığı statusu diqqətinizə çatdırırıq: “Bir müddət əvvəl bir yazıya görə mənə qarşı təhqiredici ifadələr işlədən şəxs barədə Daxili İşlər Nazirliyinə müraciət etdim. Müraciətimə operativ reaksiya verildiyi üçün DİN rəhbərliyinə və əməkdaşlarına təşəkkür edirəm.”

Vətəndaş Həsən Abbasov müraciətinə həssas yanaşıldığına və müsbət həll edildiyinə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.