Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
30.07.2022 - Abşeron rayon sakini Novruz Ramazanov
Abşeron rayon sakini Novruz Ramazanov xidməti və vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə görə Azərbaycan Polisinə ünvanladığı təşəkkür məktubunda razılıq və təşəkkürünü ifadə edir.
29.07.2022 - Şəki rayonunun Baş Göynük kənd sakini Y.Hacıyusifov
Respublikaxəbər.az saytından Daxili İşlər Nazirliyinə ünvanlanan məktubda Şəki rayonunun Baş Göynük kənd sakini Y.Hacıyusifovun üzləşdiyi problemlə bağlı Qax Rayon Polis Şöbəsinə müraciət olunduğu, polis əməkdaşları tərəfindən aparılan araşdırma və görülən tərdbirlər nəticəsində qısa müddətdə həmin vətəndaşın müraciətinin qısa müddətdə müsbət həll edildiyi qeyd olunur.
28.07.2022 - Bakı şəhər sakini Əlmaniz Ələkbərov
Bakı şəhər sakini Əlmaniz Ələkbərov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə, Balakən RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
28.07.2022 - Vətəndaş Şaiq Məmmədov
Vətəndaş Şaiq Məmmədov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda kirayə mənzil sifariş etmək məqsədilə onlayn qaydada ödəniş edərkən aldadıldığı ilə bağlı ərazi üzrə polis orqanına müraciət etdiyini qeyd edir. O, müraciətinə operativ baxıldığına, qısa müddətdə araşdırılaraq müvafiq tədbirlərin keçiridiyinə və pozulmuş hüquqlarının bərpa edildiyinə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.
28.07.2022 - Vətəndaş Rüfət Bədirov
Vətəndaş Rüfət Bədirov məktubunda DİN rəhbərliyinə təşəkkürünü bildirir. O, bir müddət əvvəl üzləşdiyi problemlə əlaqədar etdiyi müraciətinə operativ baxıldığını, Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən müvafiq köməklik göstərilərək qısa müddətdə probleminin araşdırılaraq müsbət həll olunduğunu qeyd edir.
28.07.2022 - Vətəndaş Günel Cəfərova
Vətəndaş Günel Cəfərova Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda pozulmuş hüquqlarının bərpası ilə bağlı DİO-na müraciət etdiyini qeyd edir. O, müraciətinə operativ baxıldığına, qısa müddətdə araşdırılaraq müvafiq tədbirlərin keçiridiyinə və pozulmuş hüquqlarının bərpa edildiyinə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.
28.07.2022 - Seymur Alisgəndərov
Seymur Alisgəndərov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda anasına məxsus aptekdən baş vermiş oğurluq hadisəsi ilə bağlı Sabunçu Rayon Polis İdarəsinə müraciət etdiyini bildirir. O, polis əməkdaşları tərəfindən keçirilən operativ tədbirlərlə qısa müddətdə bu cinayətin üstünün açılacağına və ona dəymiş maddi ziyanın tam ödətdiriləcəyinə ümidvar olduğunu qeyd edir.
28.07.2022 - Vətəndaş Elnarə Zeynalzadə
Vətəndaş Elnarə Zeynalzadə ünvanladığı məktubunda tanımadığı şəxs tərəfindən təhqir olunması ilə bağlı DİO-na müraciət etdiyini qeyd edir. O, müraciətinə Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən operativ baxıldığına, qısa müddətdə araşdırılaraq müvafiq tədbirlərin keçiridiyinə və pozulmuş hüquqlarının bərpa edildiyinə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.
28.07.2022 - Vətəndaş Məleykə Əliyarova
Vətəndaş Məleykə Əliyarova məktubunda polis əməkdaşları tərəfindən sosial neqativ halların, o cümlədən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində aparılan qətiyyətli mübarizə tədbirlərinə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir, xidməti vəzifələrini layiqincə yerinə yetirən Azərbaycan polisinə çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.