Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
11.09.2026 - Sosial şəbəkə istifadəçisi Fuad Rzayev
Sosial şəbəkə istifadəçisi Fuad Rzayev baş vermiş yol-nəqliyyat hadisəsi zamanı ona dəymiş maddi ziyanın ödənilməsində göstərilən köməkliyə görə Nərimanov Rayon Polis İdarəsinin rəhbərliyinə təşəkkür edir.
11.09.2026 - Sosial şəbəkə istifadəçisi Elvin Mustafazadə
Sosial şəbəkə istifadəçisi Elvin Mustafazadə xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə Pirallahı Rayon Polis İdarəsinin rəhbərliyinə təşəkkürünü bildirir.
11.09.2026 - Vətəndaş İsmət Qədirov
Vətəndaş İsmət Qədirov üzləşdiyi problemlə bağlı müraciətinə qısa zaman ərzində operativ baxılaraq göstərilən köməkliyə görə Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşlarına minnətdarlıq edir.
11.09.2026 - Vətəndaş Elnur Quliyev
Vətəndaş Elnur Quliyev etibarnamə ilə idarə etdiyi avtomobilin duracağa qoyulması ilə bağlı müraciəti zamanı hüquq və vəzifələrinin izah olunmasına, göstərilən diqqətə görə Xətai Rayon Polis İdarəsinin rəhbərliyinə təşəkkürünü bildirir.
11.09.2026 - Sosial şəbəkə istifadəçisi Mircəlil Abdulov
Sosial şəbəkə istifadəçisi Mircəlil Abdulov avtomobilinə bina fasadından beton parçası düşərək zərər vurması ilə bağlı müraciətinin operativ və obyektiv araşdırılmasına görə Nərimanov RPİ-nin 16-cı PŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
11.09.2026 - Sosial şəbəkə istifadəçisi Daşqın Mahmudov
Sosial şəbəkə istifadəçisi Daşqın Mahmudov asayişin və təhlükəsizliyin qorunması naminə gecə saatlarında ayıq-sayıq, məsuliyyətlə xidmət aparan Pirallahı Rayon Polis İdarəsinin kollektivinə təşəkkür edir.
11.09.2026 - Sosial şəbəkə istifadəçisi Simran Fərəczadə
Sosial şəbəkə istifadəçisi Simran Fərəczadə idarə etdiyi avtomobilin təkəri partlayaraq köməksiz vəziyyətdə qaldığı zaman dərhal yaxınlaşaraq təkərin dəyişdirilməsinə operativ köməklik göstərdiklərinə və diqqətli münasibətə görə Pirallahı Rayon Polis İdarəsinin rəhbərliyinə minnətdarlıq edir.
11.09.2026 - Sosial şəbəkə istifadəçisi Aynurə Quliyeva
Sosial şəbəkə istifadəçisi Aynurə Quliyeva yaşayış evinin dam örtüyündə yaranmış təhlükəli və narahatlıq doğuran vəziyyətlə bağlı müraciətinə dərhal reaksiya verilərək problemin çevik şəkildə həll olunmasına görə Pirallahı Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
11.09.2026 - Sosial şəbəkə istifadəçisi Chung Youngjoo
Sosial şəbəkə istifadəçisi Chung Youngjoo qaldığı oteldə əməkdaş tərəfindən kobudluğa və təhqirə məruz qalması ilə bağlı operativ qanuni tədbirlərin görülməsinə, hüquqlarının bərpa olunaraq dəymiş zərərin ödənilməsinə görə Səbail RPİ-nin 39-cu PB-nin rəhbərliyinə təşəkkür edir.