Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Adil Əkbərov DİN-ə ünvanladığı təşəkkür məktubunda dəymiş maddi ziyanın ödətdirilməsi ilə əlaqədar DİN-in rəhbərliyinə minnətdarlığını bildirir.

Vətəndaş Coşqun Bağırov DİN-ə ünvanladığı təşəkkür məktubunda üzləşdiyi problemlə bağlı göstərilən köməkliyə görə Şahbuz RPŞ-nin rəhbərliyinə minnətdarlığını bildirir.

Vətəndaş Sədaqət Məhərrəmova Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda müraciətinə operativ baxılmasına, obyektiv araşdırılmasına və müsbət həllinin təmin edilməsinə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.

Gəncə şəhər sakini Gülmira Ələkbərova üzləşdiyi dələduzluq faktı ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Göyçay rayon sakini Aygün Şıxalıyeva DİN-ə ünvanladıqları təşəkkür məktubunda etdiyi müraciətinin müsbət həll olunmasına görə DİN rəhbərliyi rəhbərliyinə təşəkkür edir.

Xaçmaz rayon sakini Rauf Xəlilov bir neçə həmyerlisi adından DİN-ə ünvanladığı kollektiv təşəkkür məktubunda xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə başda DİN rəhbərliyi olmaqla, Xaçmaz RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.

Sosial şəbəkə istifadəçisi Pünhanə Nağıyeva müraciətinə operativ reaksiya verilərək müvafiq tədbirlər görülməklə müraciətinin müsbət həll edildiyinə görə Kəngərli Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Bakı şəhər sakini Sadiq Hümbətov ünvanladığı məktubunda şəhid ailələrinə göstərilən yüksək diqqət və qayğıya görə DİN rəhbərliyinin kollektivinə minnətdarlığını bildirir.

Vətəndaş Əli Rəhimov tanışının ona olan borcunu qaytarmadığı barədə müraciətinin nəzarətə götürülərək operativ və obyektiv araşdırılmasına və pulunun geri qaytarılmasında ona göstərdikləri köməkliyə görə DİN rəhbərliyinə təşəkkür edir.