Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Ramin Mehdiyev DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında Naxçıvan Şəhər Polis İdarəsinə etdiyi müraciətinə operativ baxıldığını, obyektiv araşdırıldığını və müsbət həllinin təmin olunduğunu bildirir. O, vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə, həyata keçirilən tədbirlərə görə Naxçıvan ŞPİ-nin əməkdaşlarına təşəkkür edir.

Vətəndaş Qəmər Xəlilova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, qızının evdən xəbərsiz çıxdığını və Pirallahı Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşları tərəfindən tapılaraq təhvil verildiyini bildirib. Vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılmasına, göstərilən diqqət və qayğıya, eyni zamanda operativliyə görə DİN rəhbərliyinə və Pirallahı Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşlarına minnətdarlığını bildirir. 

 

 

Vətəndaş Tural Qardaşxanov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “Motosikletimin oğurlanması ilə bağlı Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinə müraciət etmişdim. Müraciətimlə bağlı dərhal mənə köməklik göstərildi və motosikletim tapılaraq mənə təhvil verildi. DİN-in rəhbərliyinə və Xətai Rayon Polis İdarəsinin əməkdaşlarına öz təşəkkürümü bildirirəm”.
 

Vətəndaş Ziyəddin Tarverdiyev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “12.08.2026-cı il tarixində paytaxtın Nərimanov rayonunun Təbriz küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı Nərimanov Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsində aparılan araşdırmada iştirak etdim və araşdırmadan razı qaldım. Buna görə DİN-in rəhbərliyinə və Nərimanov RPİ-nin əməkdaşlarına dərin minnətdarlığımı bildirirəm”. 

Vətəndaş Elgin Məmmədov DİN-in “Instagram” səhifəsinə yazdığı təşəkkür mesajında üzləşdiyi problemlə bağlı Səbail RPİ-nin 41-ci Polis Bölməsinə müraciət etdiyini bildirir. Müraciətinin obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə görə DİN rəhbərliyinə və Səbail RPİ-nin 41-ci Polis Bölməsinin əməkdaşlarına minnətdarlığını bildirir.  

Vətəndaş Rasim Abiyev DİN-ə təşəkkür məktubu ünvanlayıb. O, çamadanın itməsi ilə bağlı 23-cü Polis Bölməsinə müraciət etdiyini bildirir.R.Abiyev müraciətinə polis əməkdaşları tərəfindən dərhal müdaxilə olunduğunu və çamadanının tapılaraq ona təhvil verildiyini qeyd edir. Görülən operativ tədbirlərə görə Nizami RPİ-nin 23-cü Polis Bölməsinə təşəkkürünü bildirir.

Vətəndaş Nihad Məmmədov DİN-in “Instagram” səhifəsinə yazdığı təşəkkür mesajında baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı Nərimanov Rayon Polis İdarəsində aparılan araşdırmanın iştirakçısı olduğunu bildirir. O qeyd edir ki, araşdırma obyektiv və peşəkar şəkildə aparılıb. Göstərilən diqqətə və peşəkar fəaliyyətə görə DİN rəhbərliyinə və Nərimanov Rayon Polis İdarəsinin rəhbərliyinə təşəkkürünü bildirir. 

Sosial şəbəkə istifadəçisi Radik Həmidov baş vermiş yol-nəqliyyat hadisəsi zamanı aparılan araşdırmadan razılıq edir və göstərilən köməkliyə görə Nərimanov Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin kollektivinə minnətdarlıq edir.

Sosial şəbəkə istifadəçisi Elvira Çerenkova xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə DİN rəhbərliyinə və bütün əməkdaşlarına təşəkkürünü bildirir.