Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
07.01.2022 - Vətəndaş Adil Məmmədov
Vətəndaş Adil Məmmədov etdiyi müraciətə operativ reaksiya verilərək qısa zaman kəsiyində həll olunmasında göstərdikləri köməkliyə görə Qazax RPŞ-nin rəhbərliyinə və şəxsi heyətinə minnətdarlığını ifadə edir.
07.01.2022 - Vətəndaş Ceyhun Cəlilbəyli
Vətəndaş Ceyhun Cəlilbəyli üzləşdiyi problemlə əlaqədar etdiyi müraciətə həssaslıqla yanaşılaraq qısa zaman kəsiyində həll olunmasında, eləcə də ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə Azərbaycan Polisinə minnətdarlığını bildirir.
07.01.2022 - Bakı şəhər sakini Faiq Baxışlı
Bakı şəhər sakini Faiq Baxışlı etdiyi müraciətə operativ şəkildə baxılmasına, adekvat reaksiya verilərək məsələnin həll olunmasında göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir və xidmətlərində uğurlar arzulayır.
07.01.2022 - Bakı şəhər sakini Anar Mehraliyev
Bakı şəhər sakini Anar Mehraliyev DİN-ə etdiyi müraciətə çevik reaksiya verilərək müsbət həll edildiyinə görə DİN rəhbərliyinə və Binəqədi RPİ 5-ci Polis Bölməsinin əməkdaşlarına minnətdarlığını bildirir.
06.01.2022 - DİN-in “Facebook” səhifəsinin izləyicisi Zümrüd Məmmədova
DİN-in “Facebook” səhifəsinin izləyicisi olan Zümrüd Məmmədova səhifə vasitəsi ilə etdiyi müraciətlə əlaqədar Yasamal Rayon Polis İdarəsinə dəvət edildiyini, nəzakətlə qarşılanaraq dinlənildiyini və müraciətinin müsbət həll olunduğunu yazır.
Z.Məmmədova vətəndaşların DİN-in sosial şəbəkələrdəki səhifələri vasitəsilə müraciətlərinə dərhal reaksiya verildiyinə və həyata keçirilən tədbirlərə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.
06.01.2022 - Lənkəran rayon sakini Zaur Hüseynov
Lənkəran rayon sakini Zaur Hüseynov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciətinə çevik reaksiya verilməsinə görə Azərbaycan Polisinə minnətdarlığını ifadə edir.
06.01.2022 - DİN-in “İnstagram” səhifəsinin izləyicisi Zərifə Nağıyeva
DİN-in “İnstagram” səhifəsinin izləyicisi olan Zərifə Nağıyeva səhifə vasitəsi ilə etdiyi müraciətə operativ baxıldığına və obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.
06.01.2022 - Lənkəran rayon sakini Elçin Cavadov
Lənkəran rayon sakini Elçin Cavadov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda düzgün və obyektiv araşdırma aparıldığına görə Baş İstintaq və Təhqiqat İdarəsinin yol nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin fəaliyyətindən razılığını ifadə edir.
06.01.2022 - Lənkəran rayon sakini Rəvan Şükürov
Lənkəran rayon sakini Rəvan Şükürov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciətinin Lənkəran ŞRPŞ-də düzgün və obyektiv araşdırılmasına görə minnətdarlığını bildirir.