Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

DİN-in “İnstagram” səhifəsinin izləyicisi, Bakı şəhər sakini Fuad Məmmədli üzləşdiyi problemlə bağlı səhifə vasitəsi ilə etdiyi müraciətlə əlaqədar Nəsimi Rayon Polis İdarəsinə dəvət edildiyini, nəzakətlə qarşılanaraq dinlənildiyini və müraciətinin müsbət həll olunduğunu yazır. O, vətəndaşların DİN-in sosial şəbəkələrdəki səhifələri vasitəsilə müraciətlərinə dərhal reaksiya verildiyinə və həyata keçirilən tədbirlərə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.

DİN-in “Telegram” səhifəsinin Aliyye adlı izləyicisi Xətai rayonu ərazisində sosial neqativ halların, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması ilə bağlı etdiyi müraciətə operativ reaksiya verildiyini və bununla bağlı müvafiq tədbirlərin həyata keçirildiyini qeyd edir.

O, polis əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı aparılan qətiyyətli mübarizəyə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir, çətin və şərəfli işlərində uğurlar arzulayır.

Bakı şəhər sakini Lalə Məmmədova Daxili İşlər Nazirliyinin “İnstagram” səhifəsi vasitəsilə ünvanladığı mesajında Azərbaycan polisinə təşəkkürünü bildirir.

O, Daxili İşlər Nazirliyinin sosial şəbəkələrdəki səhifəsi vasitəsilə ünvanladığı müraciətinə operativ baxıldığını, Nəsimi Rayon Polis İdarəsi tərəfindən obyektiv araşdırılaraq üzləşdiyi problemin qısa müddətdə həll olunduğunu qeyd edir, vətəndaş müraciətlərinə göstərilən həssas münasibətə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.

Sumqayıt şəhər sakini Anar Cavadov Daxili İşlər Nazirliyinin sosial şəbəkələrdəki səhifəsi vasitəsilə ünvanladığı müraciətinə dərhal reaksiya verildiyinə və Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən müvafiq tədbirlərin həyata keçirildiyinə görə DİN rəhbərliyinə və Sumqayıt ŞPİ-nin əməkdaşlarına təşəkkürünü bildirir.

Bakı şəhər sakini Nicat Nemətzadə məktubunda xidməti vəzifələrini və peşə fəaliyyətini layiqincə yerinə yetirdiyinə, xoş rəftarlarına və nəzakətli davranışılarına görə Bakı şəhər Dövlət Yol Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.

Sumqayıt şəhər sakini Fərid Mirzəyev məktubunda üzləşdiyi problemlə bağlı DİN-in sosial şəbəkələrdəki səhifəsi vasitəsilə etdiyi müraciətinə operativ baxıldığını, Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsinə dəvət olunaraq dinlənildiyini və müvafiq araşdırma aparıldığını bildirir. O, obyektiv araşdırma nəticəsində müraciətinin qısa müddətdə müsbət həll edildiyini qeyd edərək DİN rəhbərliyinə və Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Bakı şəhər sakini Böyükağa Abdullayev məktubunda Daxili İşlər Nazirliyinə etdiyi müraciəti ilə əlaqədar Baş Əməliyyat və Statistik İnformasiya İdarəsində qəbul edildiyini yazır. O, həmin idarənin rəhbərliyi tərəfindən yüksək hörmət və nəzakətlə qarşılandığını, üzləşdiyi problemin qısa müddətdə həll edildiyini qeyd edir. B.Abdullayev müraciətinə həssas yanaşılmasına, göstərilən diqqətə, xoş münasibətə görə DİN rəhbərliyinə və Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Bakı şəhər sakini Çingiz Səfərov məktubunda pulqabısını itirməsi ilə bağlı DİN-in sosial şəbəkələrdəki səhifəsi vasitəsilə etdiyi müraciətinə operativ baxıldığını, Nizami RPİ-nin 25-ci Polis Şöbəsinə dəvət edilərək həyata keçirilən tədbirlər barədə ona ətraflı məlumat verildiyini bildirir. O, müraciətinə həssas yanaşılmasına və həyata keçirilən tədbirlərə görə DİN rəhbərliyinə və 25-ci Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Bakı şəhər sakini Sevda Əliyeva məktubunda üzləşdiyi dələduzluq faktı ilə bağlı Nizami Rayon Polis İdarəsinə müraciət etdiyini yazır. O, müraciətinə həssaslıqla yanaşıldığını, obyektiv araşdırma aparılaraq qısa müddətdə müsbət həll edildiyini və ona dəymiş maddi ziyanın ödənilməsinin təmin edildiyini qeyd edərək Nizami Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir, çətin və şərəfli xidmətlərində onlara uğurlar arzulayır.