Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
10.01.2022 - Neftçala rayon sakini Kamil Ağayev
Neftçala rayon sakini Kamil Ağayev DİN-ə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə, vətəndaşlara göstərilən diqqət və qayğıya görə DİN və Neftçala Rayon Polis Şöbəsinin rəhbərliklərindən razılığını ifadə edir, minnətdarlığını bildirir.
10.01.2022 - Laçın rayon sakini Mehman İbişov
Laçın rayon sakini Mehman İbişov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda Baş Dövlət Yol Polisi İdarəsinə bilavasitə tabe olan Şəki Regional Qeydiyyat İmtahan və Texniki Baxış Şöbəsinin əməkdaşlarının xidməti fəaliyyətindən razılıq edir.
10.01.2022 - Mingəçevir şəhər sakini Arif Əliyev
Mingəçevir şəhər sakini Arif Əliyev müraciətinin obyektiv araşdırılmasına görə ŞPŞ-nin əməkdaşlarına minnətdarlıq edir.
10.01.2022 - Ağdaş rayon sakini Şahin Nuhov
Ağdaş rayon sakini Şahin Nuhov təşəkkür məktubunda Şəki ŞRPŞ-nin DYPB-nin əməkdaşlarının xidməti fəaliyyətindən razılıq edir, onlara minnətdarlığını bildirir.
10.01.2022 - İsmayıllı rayon sakini Dilqəm Süleymanov
İsmayıllı rayon sakini Dilqəm Süleymanov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda özünün də xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə əlaqədar Baş İstintaq və Təhqiqat İdarəsində aparılan obyektiv araşdırmaya görə minnətdarlığını bildirir.
10.01.2022 - Mingəçevir şəhər sakini Ramil Məmmədov
Mingəçevir şəhər sakini Ramil Məmmədov müraciətinin obyektiv araşdırılmasına görə ŞPŞ-nin əməkdaşlarına minnətdarlıq edir.
07.01.2022 - İnstaqram izləyicisi İlkin İsmayılov
İnstaqram izləyicisi İlkin İsmayılov DİN-ə ünvanladığı təşəkkür məktubunda yaşadığı evin dəhlizindən aliminium materialdan düzəldilmiş 2 ədəd qapının oğurlanması ilə bağlı etdiyi müraciətə operativ baxılmasına və oğurluq edən şəxsin tez bir zamanda tapılaraq məsuliyyətə cəlb olunmasında göstərilən köməkliyə görə Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin şəxsi heyətinə minnətdarlığını bildirir.
07.01.2022 - Bakı şəhər sakini Ayxan Məlikov
Bakı şəhər sakini Ayxan Məlikov Daxili İşlər Nazirliyinə ünvanladığı təşəkkür məktubunda müraciətinə həssaslıqla yanaşıldığına, göstərilən humanistliyə, diqqətə, çeviklik və operativliyə, eləcə də övladının timsalında gələcəyimiz olan uşaqlara sevinc bəxş ediklərinə görə Nəsimi Rayon Polis İdarəsinin və 22-ci Polis Şöbəsinin şəxsi heyətinə təşəkkürünü bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır: “Bu yaxınlarda azyaşlı qızımın velosipedi oğurlanmışdı. Bununla bağlı 22-ci Polis Şöbəsinə müraciət etdim. Hadisədən iki gün keçmişdi ki, mobil telefonuma zəng gəldi. Polisdən idi. Onlar velosipedin tapıldığını və onu tezliklə evimizə gətirəcəklərini bildirdilər. Düzü, bu məni çox sevindirdi. Velosipedi tapılan qızımın sevincini isə yazıya almaqda çətinlik çəkirəm. O da, mən də inanırdıq ki, polis tezliklə velosipedi tapacaqdır.
22-ci Polis Şöbəsinin əməkdaşları evimizə gələrək velosipedi balaca qızıma təhvil verdilər”.
07.01.2022 - Goranboy rayon sakini Rasim Allahverdiyev
Goranboy rayon sakini Rasim Allahverdiyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciətinin obyektiv araşdırılmasına görə Naftalan ŞPŞ-nin əməkdaşlarına minnətdarlıq edir.