Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Kürdəmir rayon sakini Günəş Məmmədova DİN-ə ünvanladığı təşəkkür məktubunda müraciətinə çevik reaksiya verildiyinə və müsbət həll olunmasına görə Kürdəmir RPŞ-nin əməkdaşlarına və DİN rəhbərliyinə minnətdarlığını ifadə edir.

Bərdə rayonunda yaşayan Xəyyam Əsgərov DİN-ə ünvanladığı məktubunda müraciətinin operativ araşdırılmasına görə Bərdə RPŞ-nin əməkdaşlarına və DİN rəhbərliyinə təşəkkürünü bildirir.

Ağcabədi rayon sakini Ruslan Əlizadə DİN-ə ünvanladığı təşəkkür məktubunda müraciətinə çevik reaksiya verilərək qısa zaman kəsiyində müsbət həllini tapmasına görə Ağcabədi RPŞ-nin əməkdaşlarına və DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Bakı şəhər sakini Anar Qasımov DİN-in “İnstagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, DİN-in sosial şəbəkələrdəki səhifəsi vasitəsilə etdiyi müraciətinə operativ reaksiya verildiyini, Nərimanov Rayon Polis İdarəsində və 17-ci Polis Bölməsində obyektiv araşdırılaraq qısa müddətdə həll edildiyini qeyd edərək vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.

Bakı şəhər sakini Babək Mikayılov məktubunda üzləşdiyi problemlə əlaqədar müraciətinə Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsində obyektiv baxılaraq qısa müddətdə həll edildiyinə görə həmin şöbənin əməkdaşlarına təşəkkürünü bildirir.

Bakı şəhər sakini Sunay Ramazanova DİN-in “İnstagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, pozulmuş hüquqlarının bərpası ilə bağlı Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinə etdiyi müraciətinin obyektiv araşdırlaraq müvafiq tədbirlər həyata keçirilməklə qısa müddətdə həll olunduğunu qeyd edərək DİN rəhbərliyinə və 5-ci Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Bakı şəhər sakini G.Bağırova pozulmuş hüquqlarının bərpası ilə bağlı Daxili İşlər Nazirliyinin sosial şəbəkələrdəki səhifəsi vasitəsilə etdiyi müraciətinə dərhal reaksiya verildiyini, Yasamal RPİ-nin 28-ci Polis Bölməsi tərəfindən obyektiv araşdırma aparılaraq qısa müddətdə müsbət həll olunduğunu qeyd edərək DİN rəhbərliyinə və 28-ci Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Gəncə şəhər sakini Elmira Bəylərova etdiyi müraciətə həssaslıqla yanaşılaraq qısa zaman kəsiyində həll olunmasında göstərdikləri köməkliyə görə Gəncə şəhər Baş Polis İdarəsinin rəhbərliyinə və əməkdaşlarına təşəkkürünü bildirir.

Bakı şəhər sakini İlqar Süleymanov məktubunda itirdiyi 4200 manat məbləğində pulunun tapılmasında köməklik göstərilməsi üçün etdiyi müraciətinə operativ reaksiya verildiyini yazır. O, Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən operativ tədbirlərlə qısa müddətdə pulunun tapıldığını, Baş İdarəyə dəvət olunaraq ona təqdim edildiyini qeyd edir.

İ.Süleymanov vətəndaş müraciətlərinə həssas yanaşılmasına, həyata keçirilən operativ tədbirlərə, həmçinin müraciətinin müsbət həll olunaraq narahatlığına son qoyulmasına görə görə özü və ailəsi adından Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.