Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
14.01.2022 - Bakı şəhər sakini Şamil Əliyev
Bakı şəhər sakini Şamil Əliyev məktubunda övladının pulunun ələ keçirilməsi ilə bağlı etdiyi müraciətinə dərhal reaksiya verildiyinə, araşdırılaraq qısa müddətdə müsbət həll olunmasına və onlara dəymiş maddi ziyanın ödətdirilməsinin təmin olunmasına görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.
14.01.2022 - Bakı şəhər sakini Ceyhun Fərəcullayev
DİN-in “Facebook” səhifəsinin izləyicisi, Bakı şəhər sakini Ceyhun Fərəcullayev oğurluq faktı ilə bağlı səhifə vasitəsi ilə etdiyi müraciətinə operativ baxılaraq qısa müddətdə müsbət həll olunduğuna görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.
14.01.2022 - Bakı şəhər sakini Elnora Məmmədova
Bakı şəhər sakini Elnora Məmmədova məktubunda üzləşdiyi problemlə bağlı etdiyi müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
14.01.2022 - Vətəndaş Eltun Həsənov
Vətəndaş Eltun Həsənov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi hallarının qarşısının alınması ilə bağlı müraciətinə operativ reaksiya verildiyini, Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlərin həyata keçirildiyini qeyd edir. O, müraciətinə obyektiv baxıldığına, həmçinin bununla bağlı həyata keçirilən tədbirlərə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.
14.01.2022 - Vətəndaş Mətin Mirzə
Vətəndaş Mətin Mirzə Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda polis əməkdaşlarının gecəli gündüzlü xidməti, ayıq-sayıqlığı sayəsində rayonda asayişin etibarlı qorunmasını və təhlükəsizliyin yüksək səviyyədə təmin edildiyini qeyd edərək özü və ailəsi adından DİN rəhbərliyinə və ərazi üzrə polis orqanlarının şəxsi heyətinə təşəkkürünü bildirir.
14.01.2022 - Vətəndaş Dəyanət Azərsoy
Vətəndaş Dəyanət Azərsoy üzləşdiyi problemlə bağlı Daxili İşlər Nazirliyinə etdiyi müraciətə operativ baxıldığını, araşdırma aparılaraq müvafiq tədbirlərin görüldüyünü yazır. O, müraciətinin müsbət həll olunduğunu qeyd edərək DİN rəhbərliyinə həmçinin Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
14.01.2022 - Bakı şəhər sakini Abuzər Cəfərli
Bakı şəhər sakini Abuzər Cəfərli polis əməkdaşlarının belə nümunəvi xidmətinə, maarifləndirici tədbirlərinə, xoş rəftarlarına və nəzakətli davranışılarına görə DİN rəhbərliyinə və Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir, çətin və şərəfli işlərində uğurlar arzulayır.
14.01.2022 - Vətəndaş Sədi Əliyev
Sədi Əliyev işlədiyi mağazadan onlayn sifarişlə məhsul alan müştəriyə çatdırma edərkən dələduzluğa məruz qalması barədə etdiyi müraciətə polis əməkdaşları tərəfindən göstərilən operativliyə həmçinin həssas münasibətə görə DİN rəhbərliyinə eləcə də Qaradağ Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
14.01.2022 - Bakı şəhər sakini Arifə Əliyeva
Bakı şəhər sakini Arifə Əliyeva məktubunda üzləşdiyi dələduzluq faktı ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.