Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
07.09.2022 - Biləsuvar rayon sakini Məmmədəli Əliyev
Biləsuvar rayon sakini Məmmədəli Əliyev DİN rəhbərliyinə ünvanladığı müraciətinə çevik reaksiya verilməsinə və məsələnin müsbət həllini tapmasına görə Biləsuvar RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
07.09.2022 - Cəlilabad rayon sakini Əlikatib Aslanov
Cəlilabad rayon sakini Əlikatib Aslanov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciətinin obyektiv şəkildə araşdırılmasına və dəymiş maddi ziyanın ödənilməsinin təmin edilməsinə görə Cəlilabad RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
07.09.2022 - Mingəçevir şəhər sakini Jalə Cəbrayılova
Mingəçevir şəhər sakini Jalə Cəbrayılova təşəkkür məktubunda ona qarşı dələduzluq edilməsi ilə bağlı ŞPŞ-yə etdiyi müraciətinin obyektiv araşdırılmasına görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.
07.09.2022 - Şəki rayon sakini Əfqan Lətifov
Şəki rayon sakini Əfqan Lətifov müraciətinin müsbət həll olunmasına görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.
07.09.2022 - Bir qrup Ağdaş rayon sakini
Bir qrup Ağdaş rayon sakini şəhər ərazisində hərəkətin intensiv olduğu küçələrdə yeni piyada keçidlərinin salınmasına görə BDYPİ-nin əməkdaşlarına minnətdarlıq edirlər.
06.09.2022 - Pakistan İslam Respublikasının vətəndaşı Syed Nukhari
Pakistan İslam Respublikasının vətəndaşı Syed Nukhari məktubunda üzləşdiyi dələduzluq faktı ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Nizami Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
06.09.2022 - Vətəndaş Ramin Nəcəfov
Vətəndaş Ramin Nəcəfov öz məktubunda belə operativliyə, gecəli-gündüzlü gərgin fəaliyyətə, cinayətkarlığa qarşı apardıqları qətiyyətli mübarizəyə görə polis əməkdaşlarına təşəkkürünü bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.
06.09.2022 - Vətəndaş İlyar İslamoğlu
Vətəndaş İlyar İslamoğlu üzləşdiyi problemlə bağlı Daxili İşlər Nazirliyinə etdiyi müraciətə operativ baxıldığını, araşdırma aparılaraq müvafiq tədbirlərin görüldüyünü yazır. O, müraciətinin müsbət həll olunduğunu qeyd edərək DİN rəhbərliyinə minnətdarlığını bildirir.
06.09.2022 - Vətəndaş İbrahim İbrahimli
Vətəndaş İbrahim İbrahimli pozulmuş hüquqlarının bərpası ilə bağlı DİN-ə etdiyi müraciətə operativ baxıldığını, obyektiv araşdırma aparılaraq müsbət həll olunduğunu qeyd edərək DİN rəhbərliyinə və bütün DİO əməkdaşlarına təşəkkürünü bildirir.