Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
08.06.2024 - Sumqayıt şəhər sakini Cəbrayıl Abbasov
Sumqayıt şəhər sakini Cəbrayıl Abbasov məktubunda müraciətinin müsbət həll olunduğunu qeyd edir və ona göstərilən diqqət və qayğıya görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.
07.06.2024 - Bakı şəhər sakini Eldar Hacızadə
Bakı şəhər sakini Eldar Hacızadə məktubunda cinayətkarlığa qarşı aparılan qətiyyətli mübarizə tədbirlərinə və ictimai asayişin etibarlı qorunmasına görə Azərbaycan polisinə minnətdarlığını bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.
07.06.2024 - Tərtər rayon sakini Akif Hacıyev
Tərtər rayon sakini Akif Hacıyev itkin düşmüş kimi axtarışda olan nəvəsinin polis əməkdaşları tərəfindən tapılaraq ailəsinə təhvil verildiyini yazır. O, müraciətinə həssaslıqla yanaşılmasına və həyata keçirilən operativ tədbirlərə görə DİN rəhbərliyinə və Azərbaycan polisinə minnətdarlığını bildirir.
06.06.2024 - Şuşa rayon sakini Elnarə Musayeva
Şuşa rayon sakini Elnarə Musayeva məktubunda üzləşdiyi dələduzluq faktı ilə bağlı müraciəti ilə əlaqədar Binəqədi Rayon Polis İdarəsində obyektiv araşdırma aparılaraq məsələyə hüquqi qiymət verildiyini və dəymiş maddi ziyanın ona ödətdirilməsində köməklik göstərildiyini qeyd edir. O, müraciətinə diqqətlə yanaşıldığına, obyektiv araşdırmalara və operativliyə görə DİN rəhbərliyinə və Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkür edir, çətin və şərəfli xidmətlərində onlara uğurlar arzulayır.
06.06.2024 - Sumqayıt şəhər sakini İsmayıl Əliyev
Sumqayıt şəhər sakini İsmayıl Əliyev məktubunda şikayətinin təmin olunduğunu qeyd edərək göstərilən köməkliyə görə Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir.
06.06.2024 - Abşeron rayon sakini Esmira Hacıyeva
Abşeron rayon sakini Esmira Hacıyeva məktubunda pulunun mənimsənilməsi ilə bağlı müraciətinə Abşeron Rayon Polis İdarəsində operativ baxıldığını, araşdırma aparılaraq məsələyə hüquqi qiymət verildiyini və dəymiş maddi ziyanın ona ödətdirildiyini qeyd edir. O, operativliyə, obyektiv araşdırmalara və maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Azərbaycan polisinə təşəkkürünü bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.
06.06.2024 - Bakı şəhər sakini İqbal Əskərov
Bakı şəhər sakini İqbal Əskərov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb: “Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinə etdiyim müraciətə çevik və operativ baxıldığı və qanunamüvafiq qərar qəbul edildiyi üçün Azərbaycan polisinə təşəkkürümü bildirirəm”.
06.06.2024 - Vətəndaş Kənan İsmayılov
Vətəndaş Kənan İsmayılov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb: “Mənim müraciətim əsasında Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Şöbəsində obyektiv araşdırma aparıldı. Xidməti vəzifələrini layiqincə yerinə yetirən polis əməkdaşlarına minnətdarlığımı bildirirəm”.
06.06.2024 - Cəlilabad rayon sakini Kamran Ağayev
Cəlilabad rayon sakini Kamran Ağayev müraciətinin obyektiv şəkildə araşdırılmasına və ona dəymiş maddi ziyanın geri qaytarılmasına görə minnətdarlığını ifadə edir.