Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Jurnalist Nuranə Abdullayeva şəxsi “Facebook” səhifəsində post paylaşaraq Qaradağ rayon DYPB-nin əməkdaşlarının nümunəvi xidmətinə, xoş rəftarlarına və nəzakətli davranışılarına görə minnətdarlığını bildirir.

İngiltərə vətəndaşı Freddi Fitçes Bakı səfərində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.

Bakı şəhər sakini Nəsimi Şərəfov müraciətinə operativ baxıldığına, qısa müddətdə araşdırılaraq müvafiq tədbirlərin keçiridiyinə və pozulmuş hüquqlarının bərpa edildiyinə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.     

Salyan rayon sakini Emin Xuduyev üzləşdiyi problemlə əlaqədar etdiyi müraciətə həssaslıqla yanaşılaraq qısa zaman kəsiyində həll olunmasına görə Azərbaycan Polisinə minnətdarlığını bildirir.

Vətəndaş İlqar İsmayılov təşəkkür məktubunda xidməti vəzifələrinin öhdəsindən layiqincə gəldiyinə, vətəndaşlara qarşı sərgilənən diqqətə və yüksək mədəni davranışa görə DİN rəhbərliyinə və Cəlilabad RPŞ-nin əməkdaşlarına təşəkkürünü bildirir. 

Vətəndaş Ramiz Əliyev DİN-in İnstagram səhifəsinə yazdığı müraciətinə obyektiv, hərtərəfli və vaxtında baxılmasına, ictimai asayişin və təhlükəsizliyin qorunub saxlanılmasına görə DİN rəhbərliyinə və Binəqədi RPİ-nin əməkdaşlarına təşəkkürünü ifadə edir. 

Bakı şəhər sakini Amar Mahmudov Goradil bağlar massivində evindən televizor və oyun konsolu oğurlayan şəxsi tutaraq istintaqa cəlb etdiklərinə görə Binəqədi RPİ 43-cü PB-nin əməkdaşlarına təşəkkürünü bildirir.

Birinci Qarabağ müharibəsinin qazisi Sevgili Rəsulova etibarından sui-istifadə edərək Gülçülük qəsəbəsində 5 sota yaxın torpaq sahəsindəki yarımtikilinin tamamlamasına köməklik edəcəyi adı ilə ondan 6000 manatını alıb dələduzluq edən şəxsin Sumqayıt ŞPİ əməkdaşlarının şübhəli şəxsi yaxalayıb istintaqa təhvil verdiklərinə görə DİN rəhbərliyinə və Sumqayıt ŞPİ-nin əməkdaşlarına təşəkkürünü bildirir.

Bakı şəhər sakini  Rza Məmişov üzləşdiyi problem ilə əlaqədar etdiyi müraciətə həssaslıqla yanaşılaraq qısa zaman kəsiyində həll olunmasında, eləcə də ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə DİN rəhbərliyinə və Sabunçu RPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.