Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
26.02.2025 - Vətəndaş Üzeyir Kərimov
Vətəndaş Üzeyir Kərimov məktubunda üzləşdiyi problemlə bağlı müraciətinə çevik reaksiya verilməsinə və qısa müddətdə müsbət həll olunmasına görə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
26.02.2025 - Bakı şəhər sakini Ervina Ayarmak
Bakı şəhər sakini Ervina Ayarmak məktubunda üzləşdiyi oğurluqla bağlı müraciətinə dərhal reaksiya verilməsinə və həyata keçirilən tədbirlərlə müsbət həll olunmasına görə Sabunçu RPİ 42-ci Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir.
26.02.2025 - Pirallahi rayonunda yerləşən 168 saylı tam orta məktəbin direktor müavini...
Pirallahi rayonunda yerləşən 168 saylı tam orta məktəbin direktor müavini Türkel Abdıyeva DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, Pirallahı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisindəki məktəblərdə, o cümlədən qeyd olunan məktəbdə narkomaniya əleyhinə və kibertəhlükəsizliklə bağlı mütəmadi olaraq maarifləndirici tədbirlər keçirildiyini qeyd edir. Bu tədbirlərin təqdirəlayiq olduğunu, həmçinin uşaqların maarifləndirilməsində və məlumatlı olmasında böyük rolu olduğunu qeyd edən direktor müavini özü və məktəbin rəhbərliyi adından DİN rəhbərliyinə və Pirallahı Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürlərini bildirir.
26.02.2025 - Bakı şəhər sakini Yusif Salmanova
Bakı şəhər sakini Yusif Salmanova Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda müraciətinə operativ reaksiya verildiyinə və müsbət həll olunmasında göstərilən köməkliyə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.
26.02.2025 - Bakı şəhər sakini Emin Fəhmizadə
Bakı şəhər sakini Emin Fəhmizadə Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda müraciətinə çevik reaksiya verilərək müsbət həll olunmasında göstərdikləri köməkliyə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.
26.02.2025 - Sosial şəbəkə istifadəçisi Mehri Cəfərli
Sosial şəbəkə istifadəçisi Mehri Cəfərli DİN-in “Instagram” səhifəsinə ünvanladığı mesajında müraciətinə operativ baxılaraq itmiş əşyasının qısa zamanda tapılaraq təhvil verilməsində göstərilən köməkliyə görə Nərimanov RPİ 18-ci Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
26.02.2025 - Sosial şəbəkə istifadəçisi Zaur Nəsibli
Sosial şəbəkə istifadəçisi Zaur Nəsibli DİN-in “Instagram” səhifəsinə ünvanladığı mesajında bank kartından oğurluq edən şəxsin müəyyən olunaraq saxlanılmasında və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
26.02.2025 - Bakı şəhər sakini Qeyrət Ələkbərov
Bakı şəhər sakini Qeyrət Ələkbərov vətəndaş müraciətlərinə diqqətlə yanaşılaraq dərhal reaksiya verilməsinə, həmçinin avtomobil yollarında təhlükəsizliyin etibarlı təmin olunmasına görə DİN rəhbərliyinə minnətdarlığını bildirir, polis əməkdaşlarına çətin və şərəfli işlərində uğurlar arzulayır.
26.02.2025 - Vətəndaş Zemfira Kərimzadə
Vətəndaş Zemfira Kərimzadə Daxili İşlər Nazirliyinin sosial şəbəkə səhifəsinə yazdığı mesajında oğurluq hadisəsi ilə bağlı Nərimanov Rayon Polis İdarəsinə müraciət etdiyini bildirir. O, polis əməkdaşları tərəfindən keçirilən operativ tədbirlərlə qısa müddətdə bu cinayətin üstünün açıldığını və ona dəymiş maddi ziyanın tam ödətdirildiyini qeyd edir.