Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
03.03.2025 - Vətəndaş Aygün Məmmədova
Vətəndaş Aygün Məmmədova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı aparılan obyektiv araşdırmalara görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
03.03.2025 - Vətəndaş İlkin Həsənov
Vətəndaş İlkin Həsənov Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə ünvanladığı təşəkkür məktubunda müraciəti ilə əlaqədar obyektiv araşdırma aparılaraq qısa müddətdə müraciətinin müsbət həll olunduğunu və ona dəymiş maddi zərərin ödətdirildiyini qeyd edir.
O, Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyində, o cümlədən Şahbuz Rayon Polis Şöbəsində müraciət edən vətəndaşların nəzakətlə qarşılanaraq dinlənildiyini, müraciətlərinə həssaslıqla yanaşıldığını, obyektiv araşdırma aparıldığını qeyd edir, göstərilən diqqət və qayğıya, humanizmə, obyektivliyə, vətəndaş məmnunluğu üçün yaradılan şəraitə görə Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Daxili İşlər nazirliklərinin rəhbərliyinə təşəkkürünü bildirir.
01.03.2025 - Saatlı rayon sakini Amil Məmişov
Saatlı rayon sakini Amil Məmişov DİN-ə ünvanladığı məktubunda xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə başda DİN rəhbərliyi olmaqla, Saatlı RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir
01.03.2025 - Şirvan şəhər sakini Tehran Ocaqova
Şirvan şəhər sakini Tehran Ocaqova DİN-ə ünvanladığı təşəkkür məktubunda etdiyi müraciətinə həssas yanaşılmasına və müsbət həll olunmasında göstərilən köməkliyə görə başda DİN rəhbərliyi olmaqla, Şirvan ŞPŞ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.
27.02.2025 - Vətəndaş Aysun Əliyeva
Vətəndaş Aysun Əliyeva DİN-in “Instagram” səhifəsinə ünvanladığı mesajında üzləşdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı aparılan obyektiv araşdırmaya görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
27.02.2025 - Vətəndaş Afət Telmanqızı
Vətəndaş Afət Telmanqızı “Facebook” sosial şəbəkəsindəki hesabında Azərbaycan polisinə təşəkkür mesajı paylaşıb. O, müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir, polis əməkdaşlarına çətin və şərəfli işlərində uğurlar arzulayır.
27.02.2025 - Bakı şəhər sakini Ayhan Tuğrul
Bakı şəhər sakini Ayhan Tuğrul Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda üzləşdiyi oğurluqla bağlı müraciətinə dərhal reaksiya verilərək qısa müddətdə müsbət həll olunmasına görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.
27.02.2025 - Vətəndaş Cavid Tağıyev
Vətəndaş Cavid Tağıyev məktubunda üzləşdiyi oğurluqla bağlı müraciətinə operativ baxılmasına, həyata keçirilən tədbirlərlə müsbət həll olunmasına görə Nəsimi RPİ-nin 20-ci Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
27.02.2025 - Ağstafa rayon sakini Rahib Musayev
Ağstafa rayon sakini Rahib Musayev Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda baş vermiş oğurluq hadisəsi ilə bağlı Nəsimi Rayon Polis İdarəsinə müraciət etdiyini bildirir. O, polis əməkdaşları tərəfindən keçirilən operativ tədbirlərlə qısa müddətdə bu cinayətin üstünün açıldığını və ona dəymiş maddi ziyanın tam ödətdirildiyini qeyd edir.