Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Xaçmaz rayon sakini Dilbazə Şükürova üzləşdiyi problem ilə əlaqədar etdiyi müraciətə həssaslıqla yanaşılaraq qısa zaman kəsiyində həll olunmasında DİN rəhbərliyinə və Xaçmaz RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Siyəzən rayon sakini Sevinc Ağamuradova rayon ərazisində ictimai asayişin və ictimai təhlükəsizliyin təmin olunmasına görə DİN rəhbərliyinə və xidməti vəzifələrini layiqincə yerinə yetirən Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.

Quba rayon sakini Səbinə Vüqarlı rayon ərazisində baş verən yanğının söndürülməsində fədakarlıq göstərən Quba Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.

Şəki rayon sakini Rahim Nəsirov sosial şəbəkə vasitəsilə müraciətinə operativ reaksiya verilməsini yüksək dəyərləndirir və DİN Mətbuat Xidmətinin fəaliyyətindən razılığını bildirir.

Vətəndaş İlham Qədirov Azərbaycan Polisinin narkotiklərin qanunsuz dövriyyəsinə və istifadəsinə qarşı qətiyyətli mübararizəsini təqdir edir və narkomaniyadan əziyyət çəkən oğlunun dispanserə yerləşdirilməsində ona göstərdikləri köməkliyə görə Yasamal RPİ 29-cu Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir. 

Vətəndaş Elvin Bağırov yollarda təhlükəsizliyin təminatçısı olan Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarının xidməti fəaliyyətini təqdir edir və təşəkkürünü bildirir. 

Vətəndaş Sövdum Cahangirzadə şikayətinə operativ şəkildə baxılaraq probleminin aradan qaldırılmasında göstərdikləri köməkliyə görə Xəzər Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir. O, vətəndaş müraciətlərinə həssaslıqla yanaşılmasının polis-vətəndaş münasibətlərinin günü-gündən daha da yaxşılaşmasına zəmin yaratdığını qeyd edir.

Vətəndaş Mirəli Hüseynov yollarda təhlükəsizliyin təminatçısı olan yol polislərinin xidməti fəaliyyətini təqdir edir və Nizami RPİ Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir. 

Vətəndaş Həmidə Tarıverdiyeva şikayətinə operativ şəkildə baxılaraq probleminin aradan qaldırılmasında göstərdikləri köməkliyə görə Xəzər RPİ 3-cü Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir. O, vətəndaş müraciətlərinə həssaslıqla yanaşılmasını yüksək dəyərləndirir.