Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Fərman Səfərzadə müraciəti ilə əlaqədar Lənkəran Şəhər Rayon Polis Şöbəsinin rəhbərliyi tərəfindən qəbul edildiyinə və məsələnin müsbət həllini tapdığına görə DİN rəhbərliyinə öz təşəkkürünü bildirir.

Vətəndaş Elnarə Məmmədova öz təşəkkür məktubunda müraciəti əsasında müvafiq polis orqanında obyektiv araşdırma aparıldığını, pozulmuş hüquqlarının bərpa olunduğunu bildirir və buna görə Azərbaycan Polisinə minnətdarlığını ifadə edir.

Cəlilabad rayon sakini Ariz Əmirov müraciətinin nəzərə alınaraq ona müvafiq köməkliyin göstərilməsinə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.

Şəki şəhər sakini Tariyel Əfəndiyev yol hərəkəti təhlükəsizliyinin etibarlı şəkildə təmin olunmasına, yol patrul xidməti əməkdaşlarının xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə öz təşəkkürünü bildirir.

Vətəndaş Nəzrin Abdullazadə öz təşəkkür məktubunda xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə Biləsuvar Rayon Polis Şöbəsinin ictimai təhlükəsizlik bölməsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaş Əli Baxışov müraciətinə Quba Rayon Polis Şöbəsində operativ şəkildə baxıldığını, qısa müddətdəmn lazımi tədbirlərin görüldüyünü və ona dəymiş maddi ziyanın ödənilməsinin təmin edildiyini bildirir. O, müraciətinə həssaslıqla yanaşıldığına görə DİN rəhbərliyinə və ümumilikdə Azərbaycan Polisinə öz təşəkkürünü bildirir.

Vətəndaş Bəhruz Əliyev DİN rəhbərliyinin bölgələrdə təşkil olunan görüşlərində vətəndaşlar tərəfindən qaldırılan məsələlərin diqqətlə və həssaslıqla dinlənilməsinə, müraciətlərin həlli istiqamətində müvafiq tapşırıqların verilməsinə görə minnətdarlığını bildirir.

Vətəndaş Gülər Şahbazova öz təşəkkür məktubunda üzləşdiyi yol nəqliyyat hadisəsi zamanı ona dəymiş maddi ziyanın ödənilməsinin təmin edilməsinə görə minnətdarlığını bildirir.

Lerik rayon sakini Hikmət Tağızadə öz təşəkkür məktubunda kart hesabından pul oğurlanması ilə bağlı müvafiq polis orqanında araşdırıldığını və ona dəymiş maddi ziyanın ödənildiyini bildirir. O, müraciətinə həssaslıqla yanaşıldığına görə DİN rəhbərliyinə və Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.