Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
09.08.2024 - Quba rayon sakini Şəhid atası olan Ağamiz Şərifov
Quba rayon sakini Şəhid atası olan Ağamiz Şərifov nəqliyyat vasitəsi ilə bağlı olan rüsumlarının Xaçmaz RQİ və TBŞ tərəfindən ödənilməsinə görə DİN rəhbərliyinə və Xaçmaz RQİ və TBŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
09.08.2024 - Quba rayon sakini Oktay Burcəliyev
Quba rayon sakini Oktay Burcəliyev daxili işlər naziri tərəfindən Quba Rayon Polis Şöbəsində keçirilən vətəndaş qəbulunda göstərilən diqqət və qayğıya, həmçinin, müraciətinin müsbət həll edilməsinə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.
09.08.2024 - Quba rayon sakini Arif Əbdurəhmanov
Quba rayon sakini Arif Əbdurəhmanov etdiyi müraciətinə həssaslıqla yanaşılmasına və ona dəymiş ziyanın tam ödətdirilməsinə görə DİN rəhbərliyinə və Quba RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
09.08.2024 - Quba rayon sakini Heydər Heydərov
Quba rayon sakini Heydər Heydərov üzləşdiyi problemlə bağlı etdiyi müraciətinin obyektiv araşdırılmasına, müsbət həll edilməsinə görə DİN rəhbərliyinə və Quba RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
09.08.2024 - Vətəndaşlar Vüsal Qürbətov, Aydın Ağayev və Əlikömək Səfərov
Vətəndaşlar Vüsal Qürbətov, Aydın Ağayev və Əlikömək Səfərov öz təşəkkür məktublarında DİN rəhbərliyinin bölgələrdə vətəndaşlarla təşkil olunan görüşləri zamanı qaldırılan məsələlərin operativ qaydada həllini tapmasına, müraciətlərin diqqətlə və həssaslıqla dinlənilərək lazımi köməkliyin göstərilməsinə görə minnətdarlıqlarını ifadə edirlər.
09.08.2024 - Lənkəran rayon sakini Firdovsi Bəndiyev
Lənkəran rayon sakini Firdovsi Bəndiyev bank kartından oğurluq edən şəxsin Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müəyyən olunaraq məsuliyyətə cəlb olunmasına və ona dəymiş maddi ziyanın tam şəkildə ödənilməsinin təmin edilməsinə görə öz təşəkkürünü bildirir.
09.08.2024 - Vətəndaş Elvin Bağırov
Vətəndaş Elvin Bağırov müraciətinə Lənkəran Şəhər Rayon Polis Şöbəsində obyektiv şəkildə baxıldığını bildirir və araşdırmanın gedişindən məmnunluğunu ifadə edir.
09.08.2024 - Vətəndaş Nadir Bağırov
Vətəndaş Nadir Bağırov öz təşəkkür məktubunda xidməti vəzifələrinin və peşə fəaliyyətinin öhdəsindən layiqincə gəldiyinə görə Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Liman Polis Bölməsinin rəhbərliyinə minnətdarlığını bildirir.
09.08.2024 - Vətəndaş Murad Rəhimov
Vətəndaş Murad Rəhimov müraciəti ilə əlaqədar Lənkəran Şəhər Rayon Polis Şöbəsinin rəhbərliyi tərəfindən qəbul edilməsinə və məsələnin müsbət həllini tapmasına görə DİN rəhbərliyinə öz təşəkkürünü bildirir.