Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
22.02.2022 - Binəqədi rayonunun bir qrup sakini
Binəqədi rayonundan bir qrup sakin DİN rəhbərliyinə ünvanladıqları müraciətdə şikayətlərinə həssaslıqla yanaşılaraq yaşadıqları binada baş vermiş oğurluq hadisəsinin üstünün tez bir zamanda açılmasında göstərdikləri köməyə görə Nərimanov RPİ-nin 16-cı Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirirlər.
22.02.2022 - Bakı şəhər sakini Elnur Babayev
Bakı şəhər sakini Elnur Babayev ona məxsus evdə baş vermiş oğurluq hadisəsinin üstünün isti izlərlə açılmasında və ona dəyən ziyanın ödənilməsində göstərdikləri köməyə görə Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir. O, Azərbaycan Polisinin xidməti fəaliyyətini yüksək dəyərləndirir və uğurlar diləyir.
22.02.2022 - Bakı şəhər sakini, jurnalist Günel Həsənova
Bakı şəhər sakini, jurnalist olan Günel Həsənova DİN-in “Facebook” səhifəsinə təşəkkür mesajı yazıb. O, şəxsiyyət vəsiqəsini itirməsi ilə bağlı müraciətinə operativ baxıldığına və Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərə görə təşəkkürünü bildirir.
22.02.2022 - Bakı şəhər sakini, jurnalist Ramin Qurban
Bakı şəhər sakini, jurnalist olan Ramin Qurban DİN-in “Facebook” səhifəsinə təşəkkür mesajı yazıb. O, səhifə vasitəsilə etdiyi müraciətinə operativ baxıldığını və 28-ci Polis Bölməsinə dəvət olunaraq obyektiv araşdırıldığını qeyd edərək DİN rəhbərliyinə və Azərbaycan polisinə təşəkkürünü bildirir.
21.02.2022 - Vətəndaş Rövşən Kazımov
Vətəndaş Rövşən Kazımov DİN-in “İnstagram” səhifəsinə mesaj yazaraq bağ evində baş vermiş oğurluq hadisəsi ilə bağlı müraciətinə operativ baxıldığına, polis əməkdaşlarının operativliyi sayəsində qısa müddətdə bu cinayət əməlini törədən şəxsin saxlanıldığına görə DİN rəhbərliyinə və Binəqədi RPİ 43-cü Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir.
21.02.2022 - Şirvan şəhər sakini Elçin Mehtiyev
Şirvan şəhər sakini Elçin Mehtiyev Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda xidməti vəzifələrini və peşə fəaliyyətini layiqincə yerinə yetirdiklərinə görə Şirvan ŞPŞ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkürünü bildirir.
21.02.2022 - Böyük Britaniya vətəndaşı, London şəhər Metropolitenin polis əməkdaşı Freddi...
Böyük Britaniya vətəndaşı, London şəhər Metropolitenin polis əməkdaşı Freddi Fitçes Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin strukturu, xidməti fəaliyyəti ilə yaxından tanış olmaq istəyini bildirmişdir. Etdiyi müraciətə həssaslıqla yanaşılaraq tanışlıq üçün yaradılan şəraitə, göstərdikləri köməkliyə, eləcə də diqqət və qayğıya görə Azərbaycan Polisinə minnətdarlığını bildirir.
21.02.2022 - Bakı şəhər sakini Elnarə Kazımova
Bakı şəhər sakini Elnarə Kazımova üzləşdiyi dələduzluq hadisəsi ilə əlaqədar etdiyi müraciətə operativ reaksiya verilərək qısa zaman kəsiyində həll olunmasında, eləcə də ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə Sabunçu RPİ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkürünü ifadə edir.
21.02.2022 - Türkiyə Respublikasının vətəndaşı Yaşar Savaş
Türkiyə Respublikasının vətəndaşı Yaşar Savaş üzləşdiyi dələduzluq hadisəsi ilə əlaqədar etdiyi müraciətə operativ reaksiya verilərək qısa zaman kəsiyində həll olunmasında, eləcə də ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə Bakı şəhər BPİ-nin rəhbərliyinə və şəxsi heyətinə minnətdarlığını yazır.