Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Biləsuvar rayon idman məşqçiləri, idmançıları və idman cəmiyyəti tərəfindən Daxili İşlər Nazirliyinə ünvanlanan təşəkkür məktubunda polis əməkdaşlarının gecəli gündüzlü xidməti, ayıq-sayıqlığı sayəsində rayonda asayişin etibarlı qorunması və təhlükəsizliyin yüksək səviyyədə təmin edilməsi, həmçinin gənc nəslin təlim-tərbiyəsi, onların sağlam ruhda böyüməsi istiqamətində mühüm işlərin görüldüyü qeyd olunaraq DİN rəhbərliyinə və Biləsuvar Rayon Polis Şöbəsinin şəxsi heyətinə təşəkkürünü bildirir.

Bakı şəhər sakini Təhminə Həsənova  müraciətinə həssas yanaşıldığına, operativ tədbirlərlə məsələnin qısa müddət ərzində müsbət həll olunmasına görə DİN rəhbərliyinə və Səbail Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir, onlara çətin və şərəfli işlərində uğurlar arzulayır.

Bakı şəhər sakini Valeh Mirzəyev DİN-in “Facebook” səhifəsinə ünvanladığı təşəkkür mesajında paytaxtın Səbail rayonu ərazisində ictimai asayişin və ictimai təhlükəsizliyin etibarlı təmin olunması üçün gecə-gündüz yorulmadan ayıq-sayıq xidmət aparan  Səbail Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirərək onlara çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.

Bakı şəhər sakini İbadulla Quliyev polis orqanlarında işləmək arzusunda olan gənclərin xidmətə qəbulu zamanı bütün proseslərin şəffaflıq və aşkarlıq prinsipləri əsasında reallaşdığının şahid olduğunu qeyd edərək DİN rəhbərliyinə  təşəkkürünü bildirir. 

Bakı şəhər sakini Nuranə Əmirəliyeva teleqramında müraciəti ilə əlaqədar aparılan obyektiv araşdırmalara, həyata keçirilən tədbirlərə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir. 

Mingəçevir şəhər sakini Əhməd Hüseynov məktubunda dələduzluqla bağlı etdiyi müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə Baş İstintaq və Təhqiqat İdarəsinin və Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir. 

Bakı şəhər sakini Aytən Mirzəyeva məktubunda dələduzluqla bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Sabirə Nəcəfova DİN-in “İnstagram” səhifəsinə yazdığı mesajında müraciətinə həssaslıqla yanaşılmasına və görülmüş operativ tədbirlərlə qısa müddətdə müsbət həll olunmasına görə Xətai Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Səlimə İsmayılova DİN-ə məktub göndərib. O, üzləşdiyi problemlə bağlı etdiyi müraciətinə çevik reaksiya verilməsinə görə Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.