Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Mətanət Mütəllimova içərisində pul olan əl çantasını oğurlayan şəxsin tutularaq məsuliyyətə cəlb edilməsinə və ona dəymiş maddi ziyanın ödətdirilməsinə görə Ağsu RPŞ-nin əməkdaşlarına minnətdarlıq edir.

Gəncə şəhər sakini Günel Qasımova müraciətinin müsbət həlli ilə bağlı Gəncə ŞBPİ-nin rəhbərliyinə təşəkkür edir.

Bərdə rayonunun Çəmənli kənd sakini Rəfail Ələkbərov Xocalı RPŞ-yə etdiyi müraciətə qısa zamanda obyektiv baxılaraq müsbət yöndə həll edilməsinə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Gəncə şəhər sakini Ceyhun Məsimov müraciətinin müsbət həlli ilə bağlı Gəncə ŞBPİ-nin şəxsi heyətinə minnətdarlığını bildirir.

Gəncə şəhər sakini Toğrul Mirzəbəyli müraciətinin müsbət yöndə həll olunmasına görə Gəncə ŞBPİ-nin Nizami RPİ-nin nəməkdaşlarına təşəkkür edir.

Yeniləşən Dövlətə Dəstək İctimai Birliyinin sədri Nəbi Qafarov Daxili İşlər Nazirliyinə ünvanladığı teleqramında ona qarşı törədilmiş cinayət faktı barədə müraciətinə operativ baxıldığını, Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsi tərəfindən obyektiv araşdırılaraq həmin əməli törədənlərin qısa müddətdə müəyyən edilib məsuliyyətə cəlb olunduqlarını qeyd edir.

O, müraciətinə operativ baxılaraq həyata keçirilən tədbirlərə, eyni zamanda İctimai Birliyin nüfuzunun qorunması istiqamətində göstərilən köməkliyə görə özünün və Yeniləşən Dövlətə Dəstək İctimai Birliyinin kollektivi adından DİN rəhbərliyinə və Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Abşeron rayon sakini Zeynalabdın Abdullayev məktubunda Daxili İşlər Nazirliyinə ünvanladığı müraciətinə operativ baxıldığını, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi tərəfindən obyektiv araşdırılaraq müsbət həll edildiyini qeyd edərək DİN rəhbərliyinə və Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Elşən Hüseynov müraciətinin Gəncə ŞBPİ-nin Kəpəz Rayon Polis İdarəsində araşdırılaraq müsbət yöndə həll olunmasından razılığını bildirir.

DİN-in “İnstagram” səhifəsinin azerbaycanli_veten_perver adlı izləyicisi səhifə vasitəsi ilə etdiyi müraciətə obyektiv baxılaraq müsbət həll edildiyinə görə DİN və Suraxanı RPİ-nin rəhbərliklərinə minnətdarlığını bildirir.