Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Sosial şəbəkə istifadəçisi Gülər Nuriyeva itirdiyi telefonunun tapılmasında göstərdikləri köməkliyə görə Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin əməkdaşlarına təşəkkür edir.

Əcnəbi vətəndaş Elise Ava dələduzluq faktı ilə bağlı şikayətinə operativ baxılaraq ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə DİN rəhbərliyinə və Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Sosial şəbəkə istifadəçisi Mirhəsən Musazadə müraciətinə operativ baxılmasına və qısa müddətdə həllini tapmasına görə Azərbaycan Polisinə minnətdarlıq edir.

Sosial şəbəkə istifadəçisi Anar Əhmədov xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkür edir.

Sosial şəbəkə istifadəçisi Nuray Bayramova  baş vermiş yol-nəqliyyat hadisəsi zamanı ona dəyən maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə başda DİN rəhbərliyi olmaqla Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Göyçay rayon sakini Elçin Xəlilov xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə DİN rəhbərliyinə və kollektivinə təşəkkür edir.

Sosial şəbəkə istifadəçisi Elnur Məmmədov müraciətinə obyektiv baxılmasına və göstərdikləri köməkliyə görə DİN rəhbərliyinə minnətdarlıq edir.

Əcnəbi vətəndaş Mebawondun Oluwaseyi Faith DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, xarici pasportunu itirməsi ilə bağlı Nərimanov RPİ-nin 16-cı Polis Şöbəsinə müraciət etdiyini, polis əməkdaşlarının onun müraciətinə həssaslıqla yanaşdığını və görülmüş tədbirlərlə qısa müddətdə pasportunun tapılaraq ona təhvil verildiyini bildirir. 
M.Oluwaseyi müraciətinə həssas yanaşılmasına və operativliyə görə Nərimanov RPİ-nin 16-cı Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.  

Vətəndaş İlkin Məmmədov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciəti üzrə Xətai Rayon Polis İdarəsində müvafiq araşdırmalara başlanıldığını qeyd edir. 
İ.Məmmədov müraciətinə diqqətlə yanaşılmasına və həyata keçirilən operativ tədbirlərə görə Xətai Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.