Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
03.03.2025 - Vətəndaş Elçin Rzayev
Vətəndaş Elçin Rzayev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciəti üzrə aparılan obyektiv araşdırmalara və ona hüquqi izahın verilməsinə görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir, çətin və şərəfli işlərində uğurlar arzulayır.
03.03.2025 - Vətəndaş Etibar Hüseynov
Vətəndaş Etibar Hüseynov “Facebook” sosial şəbəkəsindəki hesabında Azərbaycan polisinə təşəkkür mesajı paylaşıb. O, gecə-gündüz yorulmadan xidmət aparan, ictimai asayişi ayıq-sayıq qoruyan, xidməti vəzifələrini layiqincə yerinə yetirən Azərbaycan polisinə minnətdarlığını bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.
03.03.2025 - Bakı şəhər sakini Aydan Cabbarlı
Bakı şəhər sakini Aydan Cabbarlı məktubunda müraciətinin müsbət həll olunmasında göstərdikləri köməkliyə görə polis əməkdaşlarına təşəkkürünü bildirir.
03.03.2025 - Vətəndaş Səidə Məmmədova
Vətəndaş Səidə Məmmədova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı göndərib. O, övladının itkin düşməsi ilə bağlı polisə müraciət etdiyini yazır.
S.Məmmədova polis əməkdaşları tərəfindən görülmüş operativ tədbirlərlə övladının qısa müddətdə tapılaraq ailəsinə təhvil verildiyini qeyd edərək Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
03.03.2025 - Əcnəbi vətəndaş Azər Quliyev
Əcnəbi vətəndaş Azər Quliyev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi yol-nəqliyyat hadisəsi zamanı göstərdikləri diqqət və qayğıya, həmçinin xoş rəftar və nəzakətli davranışlara görə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
03.03.2025 - Vətəndaş Ülviyyə Hüseynova
Vətəndaş Ülviyyə Hüseynova “Facebook” sosial şəbəkəsindəki hesabında Azərbaycan polisinə təşəkkür mesajı paylaşıb. O, ictimai asayişi ayıq-sayıq qoruyan, gecə-gündüz yorulmadan xidmət aparan, obyektiv və operativ olan, vətəndaş müraciətlərinə həssaslıqla yanaşan və xidməti vəzifələrini layiqincə yerinə yetirən Azərbaycan polisinə minnətdarlığını bildirir, çətin və şərəfli işlərində uğurlar arzulayır.
03.03.2025 - Vətəndaş Ülkər Məmmədzadə
Vətəndaş Ülkər Məmmədzadə DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi oğurluqla bağlı müraciətinə operativ baxılmasına və həyata keçirilən tədbirlərlə müsbət həll olunmasına görə Xətai Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
03.03.2025 - Vətəndaş Süsən Kərimova
Vətəndaş Süsən Kərimova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciəti ilə bağlı göstərilən köməkliyə və həyata keçirilən tədbirlərə görə Xətai RPİ 34-cü Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
03.03.2025 - Quba rayon sakini Əskər Şirinov
Quba rayon sakini Əskər Şirinov məktubunda müraciətinə göstərilən operativliyə və obyektivliyə görə Azərbaycan polisinə təşəkkürünü bildirir.