Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Abşeron rayon sakini Xəyal Məmmədova üzləşdiyi problemlə əlaqədar etdiyi müraciətə operativ reaksiya verilərək qısa zaman kəsiyində həll olunmasında göstərdikləri köməkliyə görə Masallı RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkürünü bildirir. 

Bakı şəhər sakini Üzeyir Şəfiyev Lökbatan qəsəbəsində yerləşən Avtomobillərin Müayinə Mərkəzində yaradılan hərtərəfli şəraitə, eləcə də vətəndaşlara göstərilən operativ xidmətə, isti münasibətə görə DİN və BDYPİ-nin rəhbərliklərinə, habelə şəxsi heyətə minnətdarlığını ifadə edir.

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə “Facebook” sosial şəbəkəsindəki hesabında Azərbaycan Polisinə təşəkkür postu paylaşıb.
K.Ağazadə atanın iki azyaşlı övladını ataraq getməsi ilə bağlı “Facebook” sosial şəbəkəsindəki hesabında paylaşaraq ictimailəşdirdiyi statusa DİN tərəfindən operativ reaksiya verildiyini və bununla bağlı dərhal müvafiq tədbirlərin həyata keçirildiyini qeyd edir. 
O, DİN rəhbərliyinə və Mətbuat Xidmətinin əməkdaşlarına təşəkkürünü bildirir, çətin və şərəfli işlərində uğurlar arzulayır.

Vətəndaş Səbuhi Qarayev təşəkkür məktubunda Ağdam rayonuna təşkil olunan müntəzəm səfərlər zamanı təhlükəsizliyin təmin edilməsində göstərdikləri yüksək xidməti peşəkarlığa görə Ağdam Rayon Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.  

Vətəndaş Pərvin Abışova göstərilən peşəkar xidmətə görə Ağcabədi Regional Qeydiyyat-İmtahan və Texniki Baxış Şöbəsinin əməkdaşlarına minnətdarlığını ifadə edir.

Şəhid atası Təyyar Nağıyev DİN-ə ünvanladığı təşəkkür məktubunda yol polislərinin göstərdiyi mənəvi və peşəkar dəstəyə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Ağcabədi rayon sakini Qafar Mamedov göstərdikləri peşəkar xidmətə görə Ağcabədi Regional Qeydiyyat-İmtahan və Texniki Baxış Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Bərdə rayon sakini Orxan Yusifov ünvanladığı təşəkkür məktubunda polis əməkdaşlarının xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə DİN rəhbərliyinə minnətdarlığını ifadə edir.

 Kürdəmir rayonunda ictimai asayişin qorunmasında və təhlükəsizliyin təmin olunmasında göstərdikləri xidmətə görə Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.