Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Asim Kərimov yolda olarkən epilepsiya xəstəliyindən əziyyət çəkən həyat yoldaşının huşunu itirib yıxıldığı zaman onlara göstərdikləri köməkliyə görə ərazidə xidmət aparan Post-Patrul Xidmətinin əməkdaşlarına təşəkkürünü bildirir. 

Vətəndaş İsmayıl İsmayılov müraciətinə tez bir zamanda baxılaraq müsbət həllini tapmasında göstərdikləri köməkliyə görə Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Məhəmməd Rzalı evində baş vermiş oğurluq hadisəsinin üstünün tez bir zamanda açılmasında göstərdikləri köməkliyə görə Pirallahı Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir. 

Vətəndaş Araz Bəhmənli ictimai sabitliyin qorunmasında, cinayətkarlıqla mübarizədə Azərbaycan Polisinin gərgin xidməti fəaliyyətini təqdir edir və buna görə də DİN rəhbərliyinə təşəkkürünü bildirir.

Vətəndaş Elza Nastakalova şikayətinə dərhal baxılaraq probleminin həllini tapmasında ona görtərdikləri köməkliyə görə Azərbaycan Polisinə təşəkkürünü bildirir. O, vətəndaş müraciətlərinə həssaslıqla yanaşılmasını yüksək dəyərləndirir.

Vətəndaş Rəna Əliyeva itirdiyi vəsiqəsinin tez bir zamanda tapılaraq ona təhvil verilməsində göstərdikləri köməkliyə görə Nizami Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir və xidməti fəaliyyətlərində uğurlar diləyir.

Vətəndaş Qüdrət Osmanlı ictimai nəqliyyatda olarkən ona məxsus əşyaların oğurlanması hadisəsinin tez bir zamanda həllini tapmasında göstərdikləri köməkliyə görə Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Elvin Basqallı itirdiyi bank kartının tez bir zamanda tapılaraq ona təhvil verilməsində göstərdikləri köməkliyə görə Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Bir qrup Şirvan şəhər sakini DİN-ə ünvanladıqları kollektiv təşəkkür məktubunda xidməti vəzifələrini və peşə fəaliyyətini layiqincə yerinə yetirdiklərinə görə Şəhər Polis Şöbəsinin rəhbərliyinə və əməkdaşlarına minnətdarlıqlarını bildirirlər.