Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Bakı şəhər sakini M.Adıgözəlovanın bank hesabından 108 manatını oğurlamaqda şübhəli bilinən paytaxt sakini A.Muradov saxlanılıb
16.02.2023
Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini M.Adıgözəlovanın bank hesabından 108 manatını oğurlamaqda şübhəli bilinən paytaxt sakini A.Muradov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Yasamal rayonu ərazisində yerləşən bankların birinə saxta əskinaslar verən 2 əcnəbi vətəndaş saxlanılaraq 26-cı Polis Bölməsinə təhvil verilib
Fevralın 16-da saat 14 radələrində Yasamal rayonu ərazisində yerləşən bankların birinə 12 ədəd 50 dollarlıq saxta əskinas verən 2 əcnəbi vətəndaş orada xidmət aparan Yasamal Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq 26-cı Polis Bölməsinə təhvil verilib. Araşdırma aparılır.
Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində qəsəbə sakini D.Məmmədzadəyə qarşı quldurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar
Sabunçu RPİ 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində fevralın 15-də Kürdəxanı qəsəbəsi ərazisində qəsəbə sakini D.Məmmədzadənin pulunu, mobil telefonunu və poverbankını quldurluq yolu ilə talamaqda şübhəli bilinən Bakı şəhər sakinləri F.Niftullayev və R.Allahverdiyev müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.
Nəsimi rayonu ərazisindəki evlərin birindən oğurluq etməkdə şübhəli bilinən Şamaxı rayon sakini T.Abbasov saxlanılıb
Nəsimi RPİ 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən 2 ədəd noutbuk və mobil telefon oğurlamaqda şübhəli bilinən Şamaxı rayon sakini T.Abbasov saxlanılıb. Araşdırma aparılır.
Abşeron rayonunun Masazır qəsəbəsində bir avtomobildən, Xırdalan şəhərində isə 5 evdən və bir marketdən oğurluq etməkdə şübhəli bilinən Xırdalan şəhər sakini E.İbrahimli saxlanılıb
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Masazır qəsəbəsində “VAZ-2106” markalı bir avtomobildən akkumulyator, Xırdalan şəhərində 5 evdən məişət əşyaları və velosiped, bir marketdən ərzaq məhsulları oğurlamaqda şübhəli bilinən Xırdalan şəhər sakini E.İbrahimli saxlanılıb. Araşdırmalarla onun Xırdalan şəhər sakini Ə.Cəbizadəni aldadaraq 20 manatlıq saxta əskinas verməsi, daha 5 nəfəri isə aldadaraq ümumilikdə 750 manat pullarını talaması da müəyyən olunub.
Culfa rayonunun Qazançı kənd sakini E.Abbasovun evindən qanunsuz saxladığı ov tüfəngi və 3 ədəd patron götürülüb
Culfa Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Qazançı kənd sakini E.Abbasovun evinə baxış zamanı oradan qanunsuz saxladığı “İJ” markalı ov tüfəngi və 3 ədəd patron aşkar olunaraq götürülüb.
Tərtər rayonunun Seydimli kəndi ərazisində “VAZ-2107” markalı avtomobillə kənd sakini A.Namazova vurulub
Fevralın 16-da saat 17 radələrində Tərtər rayonunun Seydimli kəndi ərazisində rayon sakini T.Həsənov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən kənd sakini A.Namazovanı vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən piyada ölübTərtər Rayon Polis Şöbəsində araşdırma aparılır.
Balakən rayonunun Katex kəndi ərazisində “Mercedes” markalı avtomobillə kənd sakini Z.Heydərov vurulub
Fevralın 16-da saat 22 radələrində Balakən rayonunun Katex kəndi ərazisində rayon sakini R.Behalov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən kənd sakini Z.Heydərovu vurub və nəticədə piyada hadisə yerində ölüb.Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Xəzər rayonunda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 10 nəfər saxlanılıb
Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat zamanı Binə qəsəbəsində narkotiklərin satışı ilə məşğul olan Allahyar İsgəndərli saxlanılıb. Onun üzərinə baxış zamanı 2 kiloqrama yaxın narkotik vasitə heroin aşkar edilib. Saxlanılan şəxs sosial şəbəkələrdə tanımadığı “Ümid” adlı İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb edildiyini və onun onlayn yolla paytaxt ərazisinə satmaq məqsədi ilə göndərdiyi heroini qəbul etdiyini bildirib. Xəzər Rayon Polis İdarəsi, eləcə də ərazi polis şöbə və bölmələrinin əməkdaşları tərəfindən Mərdəkan, Türkan, Şüvəlan, Şağan qəsəbələri, həmçinin rayonun digər ərazilərində keçirilən silsilə əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 9 nəfər saxlanılıb. Həmin şəxslərdən də külli miqdarda heroin, tiryək, marixuana və psixotrop maddə olan metamfetamin aşkarlanıb.Faktlarla bağlı toplanan materiallar rayon polis idarəsinin istintaq şöbəsinə göndərilib. Xəzər rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin tutulmaları istiqamətində polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 68 cinayətin açılması təmin olunub
15.02.2023
Fevralın 15-də ölkə ərazisində qeydə alınan 68, əvvəlki dövrlərdən bağlı qalan 27 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.