Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Abşeron rayonunun Xırdalan şəhərində T.İbrahimova məxsus mopedi oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb
20.02.2023
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Xırdalan şəhərində T.İbrahimova məxsus mopedi oğurlamaqda şübhəli bilinən Babək rayon sakini, əvvəllər məhkum olunmuş A.İsmayılov və Şəmkir rayon sakini C.İsayev saxlanılıb. Araşdırma aparılır.
Sabirabad rayonu ərazisində ov tüfəngi ilə küçə itini öldürməkdə şübhəli bilinən rayon sakini Ş.Qəhrəmanovdan ov tüfəngi götürülüb
Fevralın 20-də Sabirabad rayonu ərazisində bir nəfərin ov tüfəngi ilə küçə itini öldürməsinə etiraz edən qadını əlindəki silahla hədələməsi barədə polisə məlumat daxil olub. Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla bu əməli törətməkdə şübhəli bilinən rayon sakini Ş.Qəhrəmanov müəyyən olunub. Onun yaşadığı evə baxış zamanı müvafiq sənədləri olan “İJ-58” markalı ov tüfəngi aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Füzuli rayonunun Kərimbəyli kəndində “VAZ-2107” markalı avtomobillə kənd sakini Q.İbadov vurulub
Fevralın 20-də saat 19 radələrində Füzuli rayonunun Kərimbəyli kəndində Kürdəmir rayon sakini D.Vəliyev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən kənd sakini Q.İbadovu vurub və nəticədə piyada hadisə yerində ölüb.Füzuli Rayon Polis Şöbəsində araşdırma aparılır.
Su polisləri və ETSN-nin əməkdaşları ilə birgə körpə nərə cinsli balıqları qanunsuz ovlayan şəxslərə qarşı uğurlu tədbirlərini davam etdirir
Qanunsuz balıq ovunun və qeyri-qanuni əldə edilmiş ov məhsullarının satışının qarşısının alınması məqsədilə Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları ilə keçirilən birgə nəzarət tədbirləri zamanı Sumqayıt, Siyəzən, Şabran və Xudat şəhərlərində qanunsuz ovlanmış körpə nərə cinsli balıqların satıldığı müəyyən edilib. Bakı-Siyəzən-Quba avtomagistralının kənarındakı ərazidə nəzarət-profilaktik qaydada yoxlama aparılan zaman sanitariya və gigiyena qaydalarına əməl olunmadan satılan balıqların süni yolla yaradılan kiçik gölməçələrdə üfunətli suda ölü balıqlarla birgə saxlanıldığı müəyyən edilib. Araşdırma zamanı Xəzər dənizinə nəsil artımı üçün buraxılan körpə nərə cinsli balıqların icazələri və kvotaları olmadan tutulub satılmasını təşkil edənlərin Əbülfəz Mirzəyev, Vüqar Əsgərov, Həkim Məsimov, Ramil Ağamalıyev, Yaqub Dadaşov, Elvin Həsənov, Kamal Ədilov və Rasim Məhərrəmov olduğu müəyyən edilib. Bu şəxslər barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb. Su Nəqliyyatında Polis İdarəsinin Brokonyerliklə Mübarizə Bölməsinin və digər aidiyyəti dövlət orqanlarının əməkdaşları tərəfindən həmçinin Nizami rayonu “8-ci kilometr” qəsəbəsində yerləşən bazarda da sanitar qaydalara əməl olunmadan, eləcə də körpə nərə cinsli balıqların satıldığı müəyyən edilib. Su Polisləri tərəfindən ökə ərazisində xüsusən Xəzər dənizinə nəsil artımı üçün buraxılan körpə nərəcinsli balıq ovunun və satışının qarşısını almaq məqsədilə keçirilən nəzarət tədbirləri qeyd edilən ərazilərlə bərabər, həmçinin Xaçmaz, Lənkəran, Neftçala və Salyan şəhərlərində davam etdirilir. İdarə əməkdaşları tərəfindən, həmçinin Xəzər dənizi vasitəsi ilə qaçaqmalçılıq yolu ilə ölkəyə narkotik vasitələri gətirməyə çalışan, adı “Qırmızı Kitab”a düşən quşların ovlanması və digər ekoloji cinayətlər törədən şəxslərin müəyyən edilərək saxlanılması, dənizin dibi ilə çəkilən dəmir boru kəmərləri və müxtəlif təyinatlı naqilləri kəsib satışını təşkil edən şəxslərə qarşı da mübarizə tədbirləri mütəmadi olaraq aparılır. Sonda vətəndaşlardan Xəzər dənizində və su hövzələrində hər hansı bir qanun pozuntusu ilə rastlaşdıqları halda Su Nəqliyyatında Polis İdarəsinin 012-433-38-12 və 012-433-38-02 nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.
Ümumi çəkisi 21 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
19.02.2023
Polis əməkdaşlarının fevralın 18-də və 19-da respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 21 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 2,7 kiloqramdan artıq heroin, 17,9 kiloqramdan çox marixuana, 110 qram tiryək, 245 qramdan çox metamfetamin, həmçinin 582 ədəd yüksək təsiredici xassəyə malik həblər olub. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Qanunsuz saxlanılan silah-sursatla bağlı tədbirlər davam etdirilir
Polis əməkdaşlarının əldə edilən məlumatlar əsasında keçiridikləri əməliyyat tədbirləri nəticəsində fevralın 18-də və 19-da respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 12 ədəd ov tüfəngi götürülüb. Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.
Lənkəranda tamah məqsədilə qadını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb
Fevralın 17-də saat 12 radələrində Lənkəran rayonunun Yuxarı Nüvədi kəndindəki evlərin birində Z.Əliyevanın bıçaq xəsarətlərindən ölməsi barədə Lənkəran Şəhər Rayon Polis Şöbəsinə məlumat daxil olub.Polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla cinayət əməlinin tamah məqsədilə törədilməsinə, evdən 5000 manat pul və 10.000 manat dəyərində qızıl-zinət əşyalarının talanmasına əsaslı şübhələr müəyyən olunub. Faktla bağlı cinayət işi başlanılıb. Keçirilən əməliyyat tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Ə.Quliyev tutularaq istintqa təhvil verilib.
Sumqayıt şəhər sakini R.Talıbovun idarə etdiyi avtomobildən 1 kiloqram 400 qram heroin götürülüb
Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Sumqayıt şəhər sakini R.Talıbovun idarə etdiyi “Mercedes” markalı avtomobilə baxış zamanı oradan 1 kiloqram 400 qram heroin aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində qəsəbə sakini M.Əzimovu idarə etdiyi avtomobillə vuraraq hadisə yerindən yayınan sürücü K.Nəsrullayev saxlanılıb
Fevralın 19-da saat 13 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində qəsəbə sakini M.Əzimovun müəyyən edilməyən avtomobillə vurulması nəticəsində xəstəxanaya yerləşdirilməsi barədə 30-cu Polis Şöbəsinə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Renault” markalı avtomobillə törədilməsi müəyyən olunub və hadisə yerindən yayınan həmin avtomobilin sürücüsü K.Nəsrullayev saxlanılıb.Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.
Gəncə şəhər sakini A.Həsənovun “Mercedes” markalı avtomobilini qaçırmaqda şübhəli bilinən Daşkəsən rayon sakini O.Hüseynov saxlanılıb
Fevralın 18-də Gəncə şəhər sakini A.Həsənovun “Mercedes” markalı avtomobilinin qaçırılması barədə polisə məlumat daxil olub.Gəncə ŞBPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Daşkəsən rayon sakini O.Hüseynov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.