Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Yevlax şəhər sakini K.Məmmədovdan 995 qram heroin götürülüb
14.02.2023
Yevlax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan şəhər sakini K.Məmmədovdan 995 qram heroin aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Ağdaş rayonunun Əmirarx kəndi ərazisində bir nəfərin cibindən pulunu oğurlamaqda şübhəli bilinən A.Zülfüqarov saxlanılıb
Ağdaş Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Əmirarx kəndi ərazisində Cəlilabad rayon sakini olan bir nəfərin cibindən 945 manat pulunu oğurlamaqda şübhəli bilinən Bərdə şəhər sakini, əvvəllər məhkum olunmuş A.Zülfüqarova müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Bərdə şəhər sakini R.Kərimovun evindən 1 kiloqramdan artıq marixuana götürülüb
Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini R.Kərimovun evinin həyətinə baxış zamanı oradan 1 kiloqram 80 qram marixuana aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Kürdəmir rayon sakini T.Vəliyevdən marixuana aşkar olunaraq götürülüb
Kürdəmir Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan rayon sakini T.Vəliyevdən 3 qram, yardımçı təsərrüfatına baxış zamanı isə 430 qramdan artıq marixuana aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Nizami rayonunun B.Çobanzadə küçəsində “Karsan” markalı avtobusla paytaxt sakinləri A.Budaqov və R.Tamoyev vurulub
Fevralın 14-də saat 22 radələrində Nizami rayonunun B.Çobanzadə küçəsində Bakı şəhər sakini A.Əsgərov idarə etdiyi “Karsan” markalı avtobusla paytaxt sakinləri A.Budaqovu və R.Tamoyevi vurub əks istiqamətdə hərəkət edən Yevlax rayon sakini R.Nəcəfovun idarə etdiyi “Saipa” markalı avtomobilin üzərinə atıb. Nəticədə xəsarət alan A.Budaqov xəstəxanaya aparılarkən ölüb.Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.
Ucar rayonunun Çiyni kəndi ərazisində “Mercedes” markalı yük avtomobili ilə eyni markalı mikroavtobus toqquşub
Fevralın 14-də saat 7 radələrində Ucar rayonunun Çiyni kəndi ərazisində Abşeron rayon sakini A.Hüseynovun idarə etdiyi “Mercedes” markalı yük avtomobili ilə Şəmkir rayon sakini Ş.İsayevin idarə etdiyi “Mercedes” markalı mikroavtobus toqquşub. Nəticədə Ş.İsayevin sərnişinlərindən Bakı şəhər sakini O.Abbasov xəstəxanaya aparılarkən yolda ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Şəmkir rayonunun Zəyəm qəsəbəsi ərazisində “VAZ-21099” markalı avtomobil yolun kənarındakı su arxına aşıb
Fevralın 14-də saat 10 radələrində Şəmkir rayonunun Zəyəm qəsəbəsi ərazisində rayon sakini M.Nəbiyev idarə etdiyi “VAZ-21099” markalı avtomobili yolun kənarındakı su arxına aşırıb və nəticədə hadisə yerində ölüb.Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır.
Xaçmaz rayonunun Müzəffəroba kəndi ərazisində “Mercedes” markalı avtomobillə piyada vurulub
Fevralın 14-də saat 20 radələrində Xaçmaz rayonunun Müzəffəroba kəndi ərazisində rayon sakini İ.Babayev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən A.Babayevi vurub. Nəticədə xəsarət alan piyada xəstəxanaya aparılarkən ölüb.Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Suraxanı rayonunda bu ilin əvvəlindən keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 60 nəfər saxlanılıb
Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Hövsan, Yeni Günəşli, Yeni Suraxanı və Əmircan qəsəbələrində keçirilən əməliyyatlar zamanı narkotiklərin satışı ilə məşğul olan 8 nəfər – Bəhruz Cabbarov, Ehtibar Əhədov, Qadir Dadaşov, Mikayıl Süleymanov, Feyzulla Əliyev, Bəxtiyar Məlikov, Ramin Quliyev və Fuad Qafarov saxlanılıblar. Həmin şəxslərdən ümumilikdə 13 kiloqramdan çox heroin, marixuana və metamfetamin aşkar edilib. Saxlanılanlar narkotik vasitələri sosial şəbəkələrdə tanımadıqları əsasən İran vətəndaşlarından onlayn yolla şəxsi istifadələri ilə yanaşı paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.Ümimilikdə isə Suraxanı rayonunun inzibati ərazisində ilin əvvəlindən keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 60 nəfər saxlanılıb. Onların hər biri barəsində İdarənin İstintaq Şöbəsində Cinayət işləri başlanılıb. Suraxanı rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin də tutulmaları istiqamətində polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 67 cinayətin açılması təmin olunub
13.02.2023
Fevralın 13-də ölkə ərazisində qeydə alınan 67, əvvəlki dövrlərdən bağlı qalan 12 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.