Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Tovuz rayonunun Qovlar şəhəri ərazisində “VAZ-21074” markalı avtomobillə şəhər sakini Z.Məmmədov vurulub
23.01.2023
Yanvarın 23-də saat 19 radələrində Tovuz rayonunun Qovlar şəhəri ərazisində Saatlı rayon sakini E.Mejdunov idarə etdiyi “VAZ-21074” markalı avtomobillə yolu keçən şəhər sakini Z.Məmmədovu vurub və nəticədə piyada hadisə yerində ölüb.Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Kürdəmir şəhəri ərazisində idarə etdiyi avtomobillə şəhər sakini C.Məhərrəmovu vuraraq hadisə yerindən yayınan sürücü K.Kərimov saxlanılıb
Yanvarın 23-də saat 2 radələrində Kürdəmir şəhəri ərazisində şəhər sakini C.Məhərrəmovun müəyyən edilməyən avtomobillə vurulması barədə polisə məlumat daxil olub. Piyadaya xəstəxanada ilkin tibbi yardım göstərilib. Kürdəmir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “VAZ-21099” markalı avtomobillə törədilməsi müəyyən olunub və həmin nəqliyyat vasitəsinin sürücüsü K.Kərimov saxlanılıb. Araşdırma aparılır.
Nizami rayonunda qadına qarşı soyğunçuluq edən şəxs saxlanılıb
Nizami rayonunda qadına qarşı soyğunçuluq edilib. Zərərçəkən şəxs yaşadığı evə gedən zaman naməlum şəxs ona yaxınlaşaraq zor tətbiq etməklə içərisində 160 manat, mobil telefon və şəxsi sənədləri olan çantasını ələ keçirib. Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini Ülvi Avazlı saxlanılıb. Həmin şəxsin zərərçəkəni izləməsi təhlükəsizlik kameraları vasitəsi ilə də lentə alınıb. Faktla bağlı 25-ci Polis Şöbəsində toplanana materiallar Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir. Bu şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa "102" Xidməti-Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.
Gün ərzində ölkə ərazisində qeydə alınan 46 cinayətin açılması təmin olunub
22.01.2023
Yanvarın 22-də ölkə ərazisində qeydə alınan 46 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Ümumi çəkisi 14,2 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının yanvarın 21-də və 22-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 14,2 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 7 kiloqramdan çox heroin, 7,2 kiloqrama yaxın marixuana, həmçinin 65 qramdan çox metamfetamin olub. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Qanunsuz saxlanılan silah-sursatla bağlı tədbirlər davam etdirilir
Polis əməkdaşlarının əldə edilən məlumatlar əsasında keçiridikləri əməliyyat tədbirləri nəticəsində yanvarın 21-də və 22-də respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 10 ədəd ov tüfəngi götürülüb. Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.
Saatlı şəhəri ərazisində yerləşən avtomobillərin təmiri sexində “VAZ-2107” markalı avtomobillə iki nəfər vurulub
Yanvarın 22-də saat 15 radələrində Saatlı şəhəri ərazisində yerləşən avtomobillərin təmiri sexində şəhər sakini S.Babayev sərxoş halda idarə etdiyi “VAZ-2107” markalı avtomobillə M.Qənbərovu və M.Xankişiyevi vurub. Nəticədə M.Qənbərov hadisə yerində ölüb, M.Xankişiyev isə xəstəxanaya yerləşdirilib.Saatlı Rayon Polis Şöbəsində araşdırma aparılır.
Zaqatala şəhəri ərazisində “VAZ-21105” markalı avtomobillə rayon sakini G.Əliyeva vurulub
Yanvarın 22-də saat 19 radələrində Zaqatala şəhəri ərazisində şəhər sakini F.Səmədov idarə etdiyi “VAZ-21105” markalı avtomobillə yolu keçən rayon sakini G.Əliyevanı vurub və nəticədə piyada hadisə yerində ölüb.Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.
Goranboy rayonunun Alpoud kəndində rayon sakini T.Əliyevə məxsus plastik su borularını oğurlamaqda şübhəli bilinən rayon sakini İ.Məmmədov saxlanılıb
Goranboy rayonunun Alpoud kəndində rayon sakini T.Əliyevə məxsus əkin sahəsindən 1200 metr plastik su borularının oğurlanması barədə polisə məlumat daxil olub. Goranboy Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən rayon sakini İ.Məmmədov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Sabirabad rayon sakini E.Alışanovdan 440 qram marixuana aşkar olunaraq götürülüb
Tovuz Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Sabirabad rayon sakini, əvvəllər məhkum olunmuş E.Alışanovdan 2 qramdan artıq, sərnişin qismində oturduğu “VAZ-2107” markalı avtomobilə baxış zamanı isə oradan ona məxsus 440 qram marixuana aşkar olunaraq götürülüb. Araşdırma aparılır.