Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Qanunsuz saxlanılan silah-sursatla bağlı tədbirlər davam etdirilir
13.02.2023
Polis əməkdaşlarının əldə edilən məlumatlar əsasında keçiridikləri əməliyyat tədbirləri nəticəsində fevralın 13-də rspublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 4 ədəd ov tüfəngi götürülüb. Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.
Yetkinlik yaşına çatmayanlara tütün məmulatı satılması aşkar edilib
Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir. Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi və Suraxanı Rayon Polis İdarəsi əməkdaşlarının fevralın 13-də keçirdikləri tədbirlər nəticəsində rayon ərazisində 3 köşkdə satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatları satması aşkar edilib. Həmin satıcılar barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu və energetik içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) inzibati tənbeh tədbiri tətbiq olunub. Bu istiqamətdə tədbirlər davam etdirilir.
Yevlax şəhər sakini A.Əsədovu qətlə yetirməkdə, onun atası R.Əsədova bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən A.Abdullayev və oğlu T.Abdullayev saxlanılaraq istintaqa təhvil veriliblər
Yevlax Rayon Polis Şöbəsinə fevralın 13-də saat 21 radələrində şəhər sakini, 39 yaşlı R.Əsədov və oğlu 20 yaşlı A.Əsədovun bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilmələri, A.Əsədovun orada ölməsi ilə bağlı məlumat daxil olub.Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla bu əməlin rayon sakinləri A.Abdullayev və oğlu, əvvəllər məhkum olunmuş T.Abdullayevin törətməsinə əsaslı şübhələr müəyyən olunub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Abdullayev və T.Abdullayev saxlanılaraq istintaqa təhvil veriliblər. Faktla bağlı cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Biləcəri qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
Fevralın 13-də saat 11 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində Qazax rayon sakini S.Tağıyev idarə etdiyi “QAZ-3307” markalı avtomobillə yolu keçən Ağdam rayon sakini T.Zeynalovanı vurub və nəticədə piyada hadisə yerində ölüb.Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.
Qəbələ rayonunun Uludaş kəndi ərazisində yol-nəqliyyat hadisəsi
Fevralın 13-də saat 20 radələrində Qəbələ rayonunun Uludaş kəndi ərazisində rayon sakini R.Qəribovun idarə etdiyi “QAZ-3102” markalı avtomobillə yolu keçən L.Mahmudovu vurub və nəticədə piyada hadisə yerində ölüb.Qəbələ Rayon Polis Şöbəsində araşdırma aparılır.
Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini F.Qasımov saxlanılıb
Xəzər RPİ 3-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Binə qəsəbəsindəki mağazaların birindən 1265 manat dəyərində naqil oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş F.Qasımov saxlanılıb. Araşdırma aparılır.
Oğurluqda şübhəli bilinən Gəncə sakini A.Cəfərov müəyyən olunaraq saxlanılıb
Gəncə ŞBPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhərin 6 küçəsindən 15 ədəd kanalizasiya quyularının qapaqlarını oğurlamaqda şübhəli bilinən Gəncə sakini, əvvəllər məhkum olunmuş A.Cəfərov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Oğurluqda şübhəli bilinən İmişli rayon sakini O.Qolaylı müəyyən olunaraq saxlanılıb
Səbail RPİ 9-cu Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində fevralın 12-də rayon ərazisindəki mənzillərin birindən qeyri-aşkar şəraitdə içərisində 1225 manat və 550 ABŞ dolları olan cüzdanı oğurlamaqda şübhəli bilinən İmişli rayon sakini O.Qolaylı müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Abşeron rayonunda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 6 nəfər saxlanılıb
Abşeron Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Xırdalan şəhərində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Fəxri İsayev, Musfiq İsayev, Asim Ağayev və Samir Rzayev saxlanılıblar. Bu şəxslər izahatlarında narkotikləri şəxsi istifadələri üçün Xırdalan şəhərində yaşayan Aqil adlı şəxsdən aldıqlarını bildiriblər. Əməliyyat tədbirlərinin davamı olaraq həmin şəxs - Aqil Əsgərov da saxlanılaraq istintaqa təqdim edilib. Onun yaşadığı evə baxş zamanı 4 kiloqrama yaxın heroin, metamfetamin və marixuana aşkar edilib. Aqil Əsgərov ifadəsində Xırdalan şəhəri və ətraf ərazilərdə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu etiraf edib.İdarə əməkdaşlarının həyata keçirdikləri digər əməliyyat nəticəsində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha bir nəfər – Amil Talıbov da saxlanlılıb. Həmin şəxsdən isə 1 kiloqrama yaxın marixuana aşkar olunub. Faktlarla bağlı Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir.
Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
Fevralın 13-də saat 3 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində Bakı şəhər sakini R.Məmmədov idarə etdiyi “Nissan” markalı avtomobili ağaca vurub və nəticədə hadisə yerində ölüb.Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.