Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Gün ərzində ölkə ərazisində qeydə alınan 85 cinayətin açılması təmin olunub
17.02.2023
Fevralın 17-də ölkə ərazisində qeydə alınan 85, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Gün ərzində qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 3,7 kiloqrama yaxın heroin, 13,5 kiloqramdan artıq marixuana, 3,1 kiloqrama yaxın tiryək, həmçinin 1 kiloqram 42 qramdan çox metamfetamin və 100 ədəd metadon həbləri olub
Polis əməkdaşlarının fevralın 17-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 21,4 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 3,7 kiloqrama yaxın heroin, 13,5 kiloqramdan artıq marixuana, 3,1 kiloqrama yaxın tiryək, həmçinin 1 kiloqram 42 qramdan çox metamfetamin və 100 ədəd metadon həbləri olub. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Qanunsuz saxlanılan silah-sursatla bağlı tədbirlər davam etdirilir
Polis əməkdaşlarının əldə edilən məlumatlar əsasında keçiridikləri əməliyyat tədbirləri nəticəsində fevralın 17-də respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 5 ədəd ov tüfəngi götürülüb. Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.
Axtarışda olan S.Hüseynov saxlanılıb
Xətai RPİ 35-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 177-ci (Oğurluq) maddəsi ilə axtarışda olan S.Hüseynov saxlanılıb. Araşdırmalarla onun rayon ərazisindəki evlərin birindən pul və 2 ədəd qızıl üzük oğurlaması da müəyyən olunub.
Oğurluqda şübhəli bilinən Lənkəran rayon sakini N.Məmmədova saxlanılıb
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Masazır qəsəbəsindəki evlərin birindən pul və 3 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Lənkəran rayon sakini N.Məmmədova saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb.
Gəncə şəhər sakini E.Vəliyevdən nömrəsi silinmiş avtomat silahı və 1 ədəd patron götürülüb
Gəncə ŞBPİ 4-cü Polis Bölməsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş E.Vəliyevdən nömrəsi silinmiş “AKM” markalı avtomat silahı və 1 ədəd patron götürülüb.
Şuşa şəhəri ərazisində birgə keçirilən tədbirlər nəticəsində müxtəlif markalı silah-sursat aşkar edilib
Şuşa Rayon Polis Şöbəsi, Dövlət Təhlükəsizliyi Xidmətinin rayon idarəsi və Minatəmizləmə Agentliyi əməkdaşlarının Şuşa şəhəri ərazisində birgə keçirdikləri tədbirlər nəticəsində müxtəlif markalı silah-sursat aşkar edilib. Tapılan 1 ədəd “Faqot” markalı raket qurğusu, 3 ədəd minaatan, 1 ədəd pulemyot, 1 ədəd “AK-74” markalı avtomat silahı, 1 ədəd ov tüfəngi, 28 ədəd mərmi, 9 ədəd qumbara, 13 ədəd qumbara alışdırıcısı, 1325 ədəd müxtəlif çaplı avtomat patron götürülərək aidiyyəti üzrə təhvil verilib.
Xaçmaz rayonunun Xudat şəhəri ərazisində yol-nəqliyyat hadisəsi
Fevralın 17-də saat 17 radələrində Xaçmaz rayonunun Xudat şəhəri ərazisində rayon sakinləri A.Babayevin idarə etdiyi “Hyundai” və İ.Seyidoğlunun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə “Mercedes” markalı avtomobilin sürücüsü, sərnişinləri N.Vahidov və E.Rzayev hadisə yerində ölüb, digər sürücü isə xəstəxanaya yerləşdirilib.Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Səbail rayonu ərazisində yol-nəqliyyat hadisəsi
Fevralın 17-də saat 7 radələrində Səbail rayonu ərazisində Bakı şəhər sakini F.Abbasov idarə etdiyi “KİA” markalı avtomobillə yolu keçən paytaxt sakini E.Kərimovanı vurub və nəticədə piyada hadisə yerində ölüb.Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.
Siyəzən rayonunun Beşdam kəndi ərazisində yol-nəqliyyat hadisəsi
Fevralın 17-də saat 8 radələrində Siyəzən rayonunun Beşdam kəndi ərazisində İ.Hümbətovun idarə etdiyi “Opel” və V.Abdullayevin idarə etdiyi “Mercedes Vito” markalı avtomobillər toqquşub. Nəticədə İ.Hümbətovun sərnişini, anası Q.Hümbətova və V.Abdullayevin sərnişinlərindən A.İsmayılova, A.Vəliyeva hadisə yerində ölüblər. Xəsarət alan hər iki sürücü və 5 sərnişin xəstəxanaya yerləşdirilib.Siyəzən Rayon Polis Şöbəsində araşdırma aparılır.