Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Paytaxtın Səbail rayonu ərazisində 3 qadının mobil telefonlarını oğurlamaqda şübhəli bilinən Biləsuvar rayon sakini A.Abdalov saxlanılıb
15.02.2023
Ötən il dekabrın 31-də paytaxtın Səbail rayonu ərazisində 3 qadının müxtəlif markalı mobil telefonlarının qeyri-aşkar şəraitdə oğurlanması barədə daxil olan məlumatlarla əlaqədar Bakı Şəhər Baş Polis İdarəsində müvafiq araşdırmalar aparılıb. Müəyyən olunub ki, həmin qadınların mobil telefonları dekabrın 31-də Səbail rayonu ərazisində keçirilən bayram yarmarkasında insanların sıx olduğu yerdə oğurlanıb.
Ümumi çəkisi 4,5 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının fevralın 15-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 4,5 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 2,5 kiloqramdan artıq heroin və 2 kiloqrama yaxın marixuana olub. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Sumqayıt şəhər sakini T.Quliyevdən 2 kiloqram 509 qramdan artıq heroin götürülüb
Sumqayıt ŞPİ 1-ci Polis Bölməsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan şəhər sakini, əvvəllər məhkum olunmuş T.Quliyevdən 2 kiloqram 509 qramdan artıq heroin aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Gəncə şəhər sakini F.Əmirovdan 450 qram marixuana aşkar olunaraq götürülüb
Naftalan Rayon Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş F.Əmirovdan 450 qram marixuana aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Elan saytlarında vətəndaşları aldadaraq pullarını mənimsəyən şəxs saxlanılıb
Elan saytlarında vətəndaşların aldadılaraq dələduzluq yolu ilə pullarının mənimsənilməsi barədə daxil olan məlumatlarla əlaqədar Bakı Şəhər Baş Polis İdarəsində müvafiq araşdırmalar aparılıb.Keçirilən əməliyyat tədbirləri nəticəsində bu əməlləri törətməkdə şübhəli bilinən paytaxt ərazisində yaşayan Bərdə rayon sakini, 32 yaşlı X.Hüseynov müəyyən olunaraq saxlanılıb. O, ilkin ifadəsində onlarla şəxsə qarşı dələduzluq etdiyini etiraf edib. Araşdırmalarla onun elan saytlarında müxtəlif adlarla 11 nəfəri aldadaraq ümumilikdə 4250 manatdan artıq vəsaitlərini mənimsəməsi məlum olub. Saxlanılan şəxsin yaşadığı evə baxış zamanı bank kartları, müxtəlif mobil operatorlara məxsus çoxsaylı telefon nömrələri, mobil telefonlar və iş üçün zəruri olan digər maddi sübutlar aşkar olunaraq götürülüb.Araşdırmalar davam etdirilir. Onun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə DİN-in “102- Zəng Mərkəzi”nə, eləcə də Bakı Şəhər Baş Polis İdarəsinə müraciət etmələri xahiş olunur.Bir daha vətəndaşlara elan saytlarında tanımadıqları şəxslərə onlayn ödəniş etməmələrini tövsiyə edirik.
Paytaxtın Xətai rayonu ərazisindəki mənzillərin birindən oğurluq törətməkdə şübhəli bilinən Bakı şəhər sakini E.Rüstəmov tutularaq istintaqa cəlb olunub
Paytaxtın Xətai rayonu ərazisindəki mənzillərin birindən qeyri-aşkar şəraitdə oğurluq edilməsi barədə polisə məlumat daxil olub. Xətai Rayon Polis İdarəsi əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb, müxtəlif üsul və vasitələrlə mənzilə qanunsuz daxil olmaqla oradan 6500 ABŞ dolları və 50.000 rus rublunun oğurlanması məlum olub.Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini E.Rüstəmov tutularaq istintaqa cəlb olunub. Xətai Rayon Polis İdarəsində faktla bağlı Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə işi cinayət işi başlanılıb, istintaq aparılır.
Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində 2500 manat dəyərində elektrik naqilini oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini N.Nadirov saxlanılıb
Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində yerləşən ticarət mərkəzində mağazalardan birinin qarşısından 2500 manat dəyərində elektrik naqilinin qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub. Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş N.Nadirov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Səbail rayonu ərazisindəki oyun zallarının birindən kondisionerin mühərrikini oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar
Səbail RPİ 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki oyun zallarının birindən kondisionerin 1200 manat dəyərində mühərrikini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş A.Məmmədov və A.Hüseynov saxlanılıblar. Araşdırma aparılır.
Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən marketlərin birindən oğurluq etməkdə şübhəli bilinən X.Allahyarov saxlanılıb
Qaradağ RPİ 10-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Lökbatan qəsəbəsində yerləşən marketlərin birindən 700 manat dəyərində oğurluq etməkdə şübhəli bilinən Abşeron rayon sakini X.Allahyarov saxlanılıb. Araşdırma aparılır.
Sabunçu rayonu ərazisindəki 3 evdən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar
Sabunçu RPİ 14-cü Polis Bölməsi əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki 3 evdən ümumilikdə 3600 manat dəyərində inşaat materialları və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri H.Həsənov, əvvəllər məhkum olunmuşlar H.Dadaşov və Q.Hüseynov saxlanılıblar. Araşdırma aparılır.