Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Nizami rayonu ərazisindən “Toyota” markalı bir avtomobili qaçırmaqda şübhəli bilinən şəxslər saxlanılıblar
19.02.2023
Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 17-də rayon ərazisindən “Toyota” markalı bir avtomobili qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş M.Bağırov və A.Nəbiyev saxlanılıblar. Şəxsi axtarış zamanı M.Bağırovdan metamfetamin aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Salyan rayonunun Kürsəngi kəndi ərazisində “Toyota” və “KamAZ” markalı avtomobillər toqquşub
Fevralın 20-də saat 1 radələrində Salyan rayonunun Kürsəngi kəndi ərazisində Astara rayon sakini Q.Teymurzadənin idarə etdiyi “Toyota” və Lənkəran rayon sakini Z.Ağayevin idarə etdiyi “KamAZ” markalı avtomobillər toqquşub. Nəticədə Q.Teymurzadənin sərnişinlərindən F.Ağa hadisə yerində ölüb, digəri isə xəstəxanaya yerləşdirilib.Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 63 cinayətin açılması təmin olunub
Fevralın 19-da ölkə ərazisində qeydə alınan 63, əvvəlki dövrlərdən bağlı qalan 14 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Xırdalan şəhərindəki evlərin birində M.Hüseynzadəni öldürməkdə şübhəli bilinən oğlu O.Hüseynzadə tutularaq istintaqa təhvil verilib
Abşeron Rayon Polis İdarəsinə fevralın 19-da saat 1 radələrində Xırdalan şəhərindəki evlərin birində M.Hüseynzadənin öldürülməsi barədə məlumat daxil olub.Polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla qadını evdə münaqişə zəminində oğlu O.Hüseynzadənin bıçaqla qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən olunub.O.Hüseynzadə polis əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verilib. Faktla bağlı cinayət işi başlanılıb.
Gün ərzində ölkə ərazisində qeydə alınan 44 cinayətin açılması təmin olunub
18.02.2023
Fevralın 18-də ölkə ərazisində qeydə alınan 44, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Oğurluq əməlində şübhəli bilinən Abşeron rayon sakini Ş.Müslümoğlu müəyyən olunaraq saxlanılıb
Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinə şəhər sakini olan bir nəfərin bank hesabından 1000 ABŞ dollarının oğurlanması barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Abşeron rayon sakini Ş.Müslümoğlu müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Bakı şəhər sakini F.Əhmədovdan 14 kiloqram 340 qram marixuana, 510 qram heroin və 51 qramdan artıq metamfetamin aşkar olunaraq götürülüb
Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Bakı şəhər sakini F.Əhmədovdan 14 kiloqram 340 qram marixuana, 510 qram heroin və 51 qramdan artıq metamfetamin aşkar olunaraq götürülüb.
Biləsuvar rayonunun Arazbarı kəndi ərazisində yol-nəqliyyat hadisəsi
Fevralın 18-də saat 19 radələrində Biləsuvar rayonunun Arazbarı kəndi ərazisində Beyləqan rayon sakini Q.Xanlarovun idarə etdiyi “VAZ-2106” və İmişli rayon sakini H.Rzayevin idarə etdiyi “VAZ-21074” markalı avtomobillər toqquşub. Nəticədə H.Rzayev hadisə yerində ölüb, digər sürücü və hər iki avtomobildə olan 6 sərnişin xəstəxanaya yerləşdirilib. Biləsuvar Rayon Polis Şöbəsində araşdırma aparılır.
Nizami rayonu Keşlə və “NZS” qəsəbələrində mağazalardan oğurluqlar edən və narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 5 nəfər saxlanılıb
Nizami rayonu Keşlə qəsəbəsində yerləşən marketlərdən silsilə oğurluq edilib. Naməlum şəxslər obyektlərə daxil olaraq orada olan kassa aparatı, pul, tütün məmulatları və saxlanc yerindən bir ədəd dəyəri 900 manat olan fotoaparat oğurlayıblar. Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində hadisələri törətməkdə şübhəli bilinən Alıbəy Abdurəhimov, Ədhəm Alubeydi və yetkinlik yaşına çatmayan daha bir nəfər saxlanılıb. Bu şəxslərin mağazalardan oğurluqlar etməsi təhlükəsizlik kameraları vasitəsi ilə anbaan lentə alınıb. Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri digər əməliyyat zamanı Keşlə və “NZS” qəsəbələrində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Orxan Alıyev saxlanılıb. Bu şəxsdən narkotik vasitə heroin və metamfetamin aşkar edilib. O, ifadəsində narkotikləri Peyman adlı şəxsdən aldığını bildirib. Bölmə əməkdaşları tərəfindən həmin şəxs – Peyman Əliyev də saxlanılıb. Onun üzərindən isə 1 kiloqrama yaxın heroin və marixuana aşkar edilib. Faktlarla bağlı araşdırmalar davam etdirilir.
İran vətəndaşları tərəfindən narkokuryerliyə cəlb edilən daha bir nəfər saxlanılıb
Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri növbəti tədbir nəticəsində narkotik vasitələrin satışı ilə məşğul olan paytaxt sakini Kamran Quliyev saxlanılıb. Onun üzərinə baxış zamanı satış məqsədi ilə əldə etdiyi 2 kiloqrama yaxın heroin və metamfetamin aşkar edilib.Araşdırmalar zamanı Kamran Quliyevin sosial şəbəkələr vasitəsi ilə İranda yaşayan narkotik vasitələrin onlayn satışı ilə məşğul olan həmin ölkənin vətəndaşı ilə əlbir olduğu və onun pul müqabilində narkokuryerlik təklifi ilə razılaşdığı müəyyən edilib. Kamran Quliyevin həmçinin sosial şəbəkələrdə gənclər arasında narkotik vasitlərin təbliği ilə məşğul olduğu da müəyyən edilib. Faktla bağlı Kamran Quliyevin barəsində Saray Polis Bölməsində toplanan materiallar Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.