Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Bakı şəhər sakini olan bir qadının bank hesabından pul oğurlamaqda şübhəli bilinən Neftçala rayon sakini E.Sultanov saxlanılıb
13.03.2023
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində martın 10-da Bakı şəhər sakini olan bir qadının bank hesabından 397 manatını oğurlamaqda şübhəli bilinən Neftçala rayon sakini, əvvəllər məhkum olunmuş E.Sultanov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Səbail rayonu ərazisində bir restoranda və bir klubda 2 nəfərin mobil telefonlarını oğurlamaqda şübhəli bilinən A.Baxışov saxlanılıb
Səbail RPİ 9-cu Polis Bölməsi əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisində bir restoranda və bir klubda 2 nəfərin mobil telefonlarını oğurlamaqda şübhəli bilinən, Cinayət Məcəlləsinin 177-ci (Oğurluq) maddəsi ilə də axtarışda olan Bakı şəhər sakini A.Baxışov saxlanılıb.
Şərur şəhəri ərazisindəki evlərin birindən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən N.Məhərrəmov saxlanılıb
Şərur Rayon Polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində martın 10-na keçən gecə şəhər ərazisindəki evlərin birindən 1000 manat pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Oğlanqala kənd sakini N.Məhərrəmov saxlanılıb. Araşdırma aparılır.
Şahbuz rayon sakini C.Bayramovdan qanunsuz saxladığı ov tüfəngi götürülüb
Şahbuz Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Şahbuzkənd kənd sakini C.Bayramovdan qanunsuz saxladığı nömrəsi silinmiş “İJ-18” markalı ov tüfəngi götürülüb.
Ordubad rayonunun Sabir kənd sakini H.Məmmədovun evindən pnevmatik tir tüfəngi götürülüb
Ordubad Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Sabir kənd sakini H.Məmmədovun evinə baxış zamanı pnevmatik tir tüfəngi aşkar olunaraq götürülüb.
Tərtər rayonunun Qaynaq kənd sakini M.Musayevdən qanunsuz saxladığı ov tüfəngi götürülüb
Tərtər Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Qaynaq kənd sakini M.Musayevdən qanunsuz saxladığı “İJ” markalı ov tüfəngi götürülüb.
Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində “Ford Transit” markalı iki avtomobil toqquşub
Martın 13-də saat 11 radələrində Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində Culfa rayon sakini R.Kazımovun və Bakı şəhər sakini A.Rəhmanovun idarə etdikləri “Ford Transit” markalı iki avtomobil toqquşub. Nəticədə A.Rəhmanov hadisə yerində ölüb. Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
Tovuz rayonunun Aşağı Quşçu kəndi ərazisində “Mercedes” markalı avtomobil qarşıda gedən “Mitsubishi” markalı avtomobilə çırpılıb
Martın 13-də saat 19 radələrində Tovuz rayonunun Aşağı Quşçu kəndi ərazisində Mingəçevir şəhər sakini A.Rəşidov idarə etdiyi “Mercedes” markalı avtomobili qarşıda gedən Ağstafa rayon sakini E.Yaqubəliyevin idarə etdiyi “Mitsubishi” markalı avtomobilə vurub, sonradan “Mitsubishi” markalı avtomobil aşıb. Nəticədə E.Yaqubəliyev hadisə yerində ölüb, sərnişini isə xəstəxanaya yerləşdirilib.Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Tovuz rayonunun Aşağı Öysüzlü kəndi ərazisində “Nissan” markalı avtomobillə yolu keçən piyada vurulub
Martın 13-də saat 20 radələrində Tovuz rayonunun Aşağı Öysüzlü kəndi ərazisində rayon sakini F.Vəliyev idarə etdiyi “Nissan” markalı avtomobillə yolu keçən C.Məmmədovu vurub. Nəticədə xəsarət alan piyada xəstəxanaya aparılarkən yolda ölüb.Tovuz Rayon Polis Şöbəsində araşdırma aparılır.
Sabunçu rayonunun Zabrat qəsəbəsində müəyyən edilməyən avtomobillə Bakı şəhər sakini S.Əliyev vurulub
Martın 13-də saat 23 radələrində Sabunçu rayonunun Zabrat qəsəbəsində yolu keçən Bakı şəhər sakini S.Əliyev müəyyən edilməyən avtomobillə vurulub və nəticədə hadisə yerində ölüb. Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.