Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Astara şəhər sakini Z.Axundovun evinə baxış zamanı 4 kiloqram 30 qram heroin və 1 kiloqram 905 qram marixuana aşkar olunaraq götürülüb
12.02.2023
Astara Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan şəhər sakini, əvvəllər məhkum olunmuş Z.Axundovdan 5 qrama yaxın heroin, evinə baxış zamanı isə 4 kiloqram 30 qram heroin və 1 kiloqram 905 qram marixuana aşkar olunaraq götürülüb.
Astara şəhər sakini S.Əliyevin, yaşadığı evə baxış zamanı 6 kiloqram 15 qram heroin və 2 kiloqram 20 qram marixuana aşkar olunaraq götürülüb
Astara Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan şəhər sakini, əvvəllər məhkum olunmuş S.Əliyevdən 10 qrama yaxın heroin, yaşadığı evə baxış zamanı isə 6 kiloqram 15 qram heroin və 2 kiloqram 20 qram marixuana aşkar olunaraq götürülüb.
Oğurluqda şübhəli bilinən Masallı rayon sakini Ə.Əliyev saxlanılıb
Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində K.Zəbiyevin 2 ədəd mobil telefonunu oğurlamaqda şübhəli bilinən Masallı rayon sakini Ə.Əliyev saxlanılıb. Araşdırmalarla onun 2 evdən ümumilikdə 4630 manat pul və 2090 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən olunub.
Oğurluqda şübhəli bilinən Lənkəran sakini Z.Əliyev müəyyən olunaraq saxlanılıb
Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən 15.000 manat pul oğurlamaqda şübhəli bilinən Lənkəran sakini, əvvəllər məhkum olunmuş Z.Əliyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Oğurluqda şübhəli bilinən Qazax rayon sakinləri E.Eyvazov və P.Bayramov saxlanılıblar
Qazax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən televizor oğurlamaqda şübhəli bilinən rayon sakinləri, əvvəllər məhkum olunmuş E.Eyvazov və P.Bayramov saxlanılıblar. Araşdırmalarla E.Eyvazovun rayon sakini N.Hüseynzadə və digər bir nəfərlə birgə daha bir mağazadan 1300 manat pul, noutbuk, danışıq kartları və tütün məmulatı oğurlaması da müəyyən olunub. Polis əməkdaşları tərəfindən N.Hüseynzadə də saxlanılıb. Əməliyyat tədbirləri davam etdirilir.
Sumqayıt şəhər sakini E.Qəmbərovun idarə etdiyi avtomobilə baxış zamanı sərnişini R.Məlikovdan 1 kiloqram 25 qram heroin aşkar olunaraq götürülüb
Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Sumqayıt şəhər sakini E.Qəmbərovun idarə etdiyi “Chevrolet” markalı avtomobilə baxış zamanı sərnişini, əvvəllər məhkum olunmuş R.Məlikovdan 1 kiloqram 25 qram heroin aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Biləsuvar rayonunun Nərimanabad kənd sakini B.Əbilovun ehtiyatsızlığı nəticəsində tüfəngdən açılmış atəşdən xəsarət alması müəyyən olunub
Biləsuvar Rayon Polis Şöbəsinə Nərimanabad kənd sakini B.Əbilovun odlu silahdan açılan atəşdən xəsarət alması barədə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla B.Əbilovun ehtiyatsızlığı nəticəsində tüfəngdən açılmış atəşdən xəsarət alması müəyyən olunub. Ondan qanunsuz saxladığı “Tula” markalı ov tüfəngi götürülüb və xəstəxanaya yerləşdirilib. Araşdırma aparılır.
Qanunsuz ov edən Bakı şəhər sakini O.Mirzəyevdən, Tovuz rayon sakinləri A.Əsədovdan, İ.Nağıyevdən, Abşeron rayon sakini O.Nağıyevdən və qardaşı T.Nağıyevdən 23 ədəd patron, 2 ov tüfəngi götürülüb
Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən fevralın 11-də Meyniman kəndi ərazisində qanunsuz ov edən Bakı şəhər sakini O.Mirzəyevdən, Tovuz rayon sakinləri A.Əsədovdan, İ.Nağıyevdən, Abşeron rayon sakini O.Nağıyevdən və qardaşı T.Nağıyevdən 23 ədəd patron, müvafiq sənədləri olan “Ata-arms” markalı 2 ov tüfəngi götürülüb. Araşdırma aparılır.
Şəmkir rayonunun Yeniabad kəndi ərazisində yol-nəqliyyat hadisəsi
Fevralın 12-də saat 16 radələrində Şəmkir rayonunun Yeniabad kəndi ərazisində rayon sakinləri E.Hüseynovun idarə etdiyi “BMW” və R.Qəhrəmanovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub. Nəticədə xəsarət alan R.Qəhrəmanov xəstəxanaya aparılarkən ölüb.Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır.
Binəqədi rayonunun Xocəsən qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
Fevralın 12-də saat 18 radələrində Binəqədi rayonunun Xocəsən qəsəbəsi ərazisində Sumqayıt şəhər sakini K.Nəsibov idarə etdiyi “QAZ-33021” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini M.Ramazanovu vurub və nəticədə piyada hadisə yerində ölüb.Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.