Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən marketlərin birindən oğurluq etməkdə şübhəli bilinən X.Allahyarov saxlanılıb
15.02.2023
Qaradağ RPİ 10-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Lökbatan qəsəbəsində yerləşən marketlərin birindən 700 manat dəyərində oğurluq etməkdə şübhəli bilinən Abşeron rayon sakini X.Allahyarov saxlanılıb. Araşdırma aparılır.
Sabunçu rayonu ərazisindəki 3 evdən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar
Sabunçu RPİ 14-cü Polis Bölməsi əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki 3 evdən ümumilikdə 3600 manat dəyərində inşaat materialları və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri H.Həsənov, əvvəllər məhkum olunmuşlar H.Dadaşov və Q.Hüseynov saxlanılıblar. Araşdırma aparılır.
Füzuli rayon sakini E.Quliyevdən nömrəsi silinmiş tüfəng və 6 ədəd patron götürülüb
Nərimanov RPİ 18-ci Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Füzuli rayon sakini E.Quliyevdən nömrəsi silinmiş “TOZ-17” markalı yivli tüfəng və 6 ədəd patron aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Paytaxtın Nizami rayonu ərazisindəki avtomobil təmiri sexlərinin birindən bir avtomobili qaçırmaqda şübhəli bilinən Q.Əhmədov saxlanılıb
Paytaxtın Nizami rayonu ərazisindəki avtomobil təmiri sexlərinin birindən “Lexus” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.Nizami RPİ 23-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən həmin sexdə usta işləyən Bakı şəhər sakini Q.Əhmədov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Yasamal rayonu ərazisindəki kafelərin birindən pul oğurlamaqda şübhəli bilinən A.Abbasov saxlanılıb
Yasamal RPİ 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki kafelərin birindən 780 manat pul oğurlamaqda şübhəli bilinən A.Abbasov saxlanılıb. Araşdırma aparılır.
Sumqayıt şəhərinin 9-cu mikrorayon ərazisində yerləşən çay evlərinin birindən kombi aparatını oğurlamaqda şübhəli bilinən R.Babayev saxlanılıb
Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində 9-cu mikrorayon ərazisində yerləşən çay evlərinin birindən kombi aparatını oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş R.Babayev saxlanılıb. Araşdırma aparılır.
Gəncə şəhəri ərazisində bir avtomobildən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar
Gəncə ŞBPİ 3-cü Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər ərazisində “Khazar” markalı bir avtomobildən monitor, siqnalizasiya qurğusu, “GPS” qurğusu oğurlamaqda şübhəli bilinən Gəncə sakinləri, əvvəllər məhkum olunmuş R.Qasımov və İ.Əliyev müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.
Göygöl rayonunun Yeni Qızılca kəndi ərazisindəki marketlərin birindən pul oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini S.Əsgərov saxlanılıb
Göygöl Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Yeni Qızılca kəndi ərazisindəki marketlərin birindən 1990 manat pul oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş S.Əsgərov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Hökməlidə narkotiklərin satışı ilə məşğul olan daha bir nəfərdən 2 kiloqram heroin aşkar edilib
Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat nəticəsində Hökməli qəsəbəsində narkotiklərin satışı ilə məşğul olan daha bir şəxs saxlanılıb. Əməliyyat zamanı həmin qəsəbədə yaşayan Əhəd Qədirov tutularaq istintaqa təqdim edilib. Onun üzərindən və yaşadığı evdən külli miqdarda - 2 kiloqrama yaxın heroin aşkar olunub. Əhəd Qədirov ifadəsində bir müddət əvvəl “Araz” adlı İran vətəndaşı ilə tanış olduğunu, daha sonra onun maddi gəlir qarşılığında ölkə ərazisində narkokuryerlik təklifinə razılıq verdiyini bildirib. O, həmin şəxsin qaçaqmalçılıq yolu ilə Azərbaycana göndərdiyi narkotik vasitəni satmaq məqsədi ilə əldə etdiyini bildirib. Faktla bağlı Qobu Polis Bölməsində toplanan materiallar Abşeron Rayon Polis İdarəsinə göndərilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 73 cinayətin açılması təmin olunub
14.02.2023
Fevralın 14-də ölkə ərazisində qeydə alınan 73, əvvəlki dövrlərdən bağlı qalan 11 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.