Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Tərtər rayon sakini X.Əliyevdən qanunsuz saxladığı ov tüfəngi götürülüb
12.03.2023
Tərtər Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Düyərli kənd sakini X.Əliyevdən qanunsuz saxladığı “İJ-16” markalı ov tüfəngi götürülüb. Araşdırma aparılır.
Paytaxtın Nizami rayonu Babək prospektində yol-nəqliyyat hadisəsi
Martın 13-də saat 1 radələrində Nizami rayonu Babək prospektində Bakı şəhər sakini E.Qazıbəyov idarə etdiyi “Honda” markalı avtomobili ağaca vurub, sonra isə yolun kənarında dayanan paytaxt sakinləri olan 4 nəfəri vurub. Nəticədə sürücü hadisə yerində ölüb, digərlərinə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.
Goranboy rayonunun Borsunlu kəndi ərazisində yol-nəqliyyat hadisəsi
Martın 12-də saat 23 radələrində Goranboy rayonunun Borsunlu kəndi ərazisində rayon sakini A.Abbasov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolun kənarında dayanan “Mercedes” və “Toyota” markalı avtomobilləri, habelə həmin avtomobillərin yanında olan sürücüləri R.Hüseynovu və A.İsgəndərovu vurub. Nəticədə A.İsgəndərov hadisə yerində, R.Hüseynov isə xəstəxanada ölüb.Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Xırdalan şəhəri ərazisində “BMW” markalı avtomobillə Şamaxı rayon sakini S.Nağdalıyev vurulub
Martın 12-də saat 21 radələrində Xırdalan şəhəri ərazisində Tovuz rayon sakini Ə.Hüseynov idarə etdiyi “BMW” markalı avtomobillə yolu keçən Şamaxı rayon sakini S.Nağdalıyevi vurub və nəticədə piyada hadisə yerində ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 74 cinayətin açılması təmin olunub
11.03.2023
Martın 11-də ölkə ərazisində qeydə alınan 74, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Yasamal rayonu ərazisində “TOFAŞ” markalı bir avtomobildən oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini Q.Abdullayev saxlanılıb
Martın 10-da Yasamal rayonu ərazisində “TOFAŞ” markalı bir avtomobildən 1200 manat pul, mobil telefon, açar dəsti və bank kartının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub. Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Q.Abdullayev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
İsmayıllı rayonu ərazisindəki evlərin birindən oğurluq etməkdə şübhəli bilinən rayon sakini E.İsayev saxlanılıb
İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş E.İsayev saxlanılıb. Araşdırma aparılır.
Tərtər şəhər sakini Ə.Xıdırovun evindən qanunsuz saxladığı ov tüfəngi götürülüb
Tərtər Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini Ə.Xıdırovun evinə baxış zamanı oradan qanunsuz saxladığı “İJ” markalı ov tüfəngi aşkar olunaraq götürülüb.
Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində “Toyota” markalı avtomobillə piyada vurulub
Martın 11-də saat 21 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində Bakı şəhər sakini M.Ağayev idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən M.Qasımovanı vurub və nəticədə piyada hadisə yerində ölüb.Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.
Maştağa və ətraf qəsəbələrdə narkotik vasitələrin satışını həyata keçirən şəxslərə qarşı əməliyyatlar keçirilib
Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşları tərəfindən Maştağa və ətraf qəsəbələrdə narkotik vasitələrin satışını həyata keçirən şəxslərə qarşı xüsusi əməliyyatlar həyata keçirilib. Belə ki, Maştağa qəsəbə sakini Malik Qədimov narkotiklərin satışında şübhəli bilindiyi üçün saxlanılıb. Onun üzərindən və yaşadığı evdən 5 kiloqrama yaxın marixuana aşkar edilib. Qeyd edək ki, Malik Qədimov Maştağa qəsəbəsində narkotiklərin satışını təşkil edən əsas şəxslərdən biri olub. Araşdırma zamanı onun narkotikləri İranda yaşayan şəxsiyyəti məlum olmayan həmin ölkənin vətəndaşından aldığı müəyyən edilib. Əməliyyat tədbirlərinin davamı olaraq Malik Qədimovun paytaxt ərazisində narkotiklərin satışını təşkil etmək üçün yaratdığı narkoşəbəkənin digər üzvlərinin də saxlanılması təmin olunub. Tədbirin davamı olaraq İzzət Abdullayev, Kənan Ələkbərov, Yusif Rəhimov, Teymur Xəlilov və Azad Manafov da saxlanılıblar. Bu şəxslərdən də əlavə olaraq hazır bükümlər şəklində satış üçün qablaşdırılan külli miqdarda heroin, metamfetamin və marixuana aşkar olunub. Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən digər əməliyyat zamanı isə Savalan yaşayış massivində narkotik vasitələrin satışı ilə məşğul olan Elnarə Ələkbərova da saxlanılıb. Onun yaşadığı evdən isə satmaq üçün nəzərdə tutulan 17 ədəd kibrit qutusunda qablaşdırllan marixuana, eləcə də 9 büküm heroin və metamfetamin aşkar olunub. Elnarə Ələkbərova ifadəsində narkotik maddələrin satışı ilə məşğul olduğunu etiraf edib.Faktlarla bağlı 14-cü Polis Bölməsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinə göndərilib. Sabunçu rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin də tutulmaları istiqamətində polis əməkdaşları tərəfindən mübarizə tədbirləri qətiyyətlə davam etdirilir.