Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Ümumi çəkisi 8,3 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
14.02.2023
Polis əməkdaşlarının fevralın 14-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 8,3 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 3,6 kiloqramdan artıq heroin, 4,6 kiloqramdan çox marixuana, 80 qrama yaxın tiryək və metamfetamin olub. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Qanunsuz saxlanılan silah-sursatla bağlı tədbirlər davam etdirilir
Polis əməkdaşlarının əldə edilən məlumatlar əsasında keçiridikləri əməliyyat tədbirləri nəticəsində fevralın 14-də respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 6 ədəd ov tüfəngi götürülüb. Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.
Xəzər rayonunun Buzovna qəsəbəsində avtomobil sürücüsünə qarşı quldurluq etməkdə şübhəli bilinən iki qardaş saxlanılıb
Fevralın 14-də saat 23 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsində “Toyota” markalı bir avtomobildə sərnişin olan 2 nəfərin sürücünü döyərək mobil telefonunu almaları və avtomobili əzərək ona 2000 manat dəyərində ziyan vurmaları barədə polisə məlumat daxil olub. Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluq əməlində şübhəli bilinən Buzovna qəsəbə sakini E.Bəxtiyarlı və qardaşı B.Bəxtiyarlı müəyyən olunaraq saxlanılıblar. Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.
Ağstafa şəhəri ərazisindəki evlərin birinə girərək quldurluq törətməkdə şübhəli bilinən P.Yolçuyev və Ü.Zeynalov müəyyən olunaraq saxlanılıblar
Ağstafa Rayon Polis Şöbəsinə ötən il dekabrın 18-də şəhər ərazisindəki evlərin birinə girən maskalı 2 nəfərin ev sahibəsini bıçaqla hədələyərək 250 manat pulunu, qızıl üzüyünü və sırğasını quldurluq yolu ilə talamaları barədə daxil olan məlumatla əlaqədar müvafiq araşdırmalar aparılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 181-ci maddəsi (Quldurluq) ilə cinayət işi başlanılıb.Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluq əməlində şübhəli bilinən P.Yolçuyev və Ü.Zeynalov müəyyən olunaraq saxlanılıblar.
Bakı şəhər sakini Q.Mirzəyevdən metamfetamin aşkar olunaraq götürülüb
Xəzər RPİ 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Q.Mirzəyevdən metamfetamin aşkar olunaraq götürülüb. Araşdırmalarla onun Binə qəsəbəsindəki bir evin həyətindən 500 manat dəyərində elektrik naqili, dəmir lövhələr və cərəyan açarları oğurlaması da müəyyən olunub.
Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində yerləşən şirkətlərdən birinin anbarından 32.800 manat dəyərində əlvan metalları oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar
Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində yerləşən şirkətlərdən birinin anbarından 32.800 manat dəyərində əlvan metalların qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.Binəqədi RPİ 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Qubadlı rayon sakini A.Əhmədov, Şəki rayon sakini H.Əhmədov, Bakı şəhər sakinləri E.Əsgərov və R.İbrahimov müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.
Binəqədi rayonu ərazisindəki 4 evdən su sayğacı, qaz sayğacı və məişət əşyaları oğurlamaqda şübhəli bilinən A.Səmədov saxlanılıb
Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki 4 evdən su sayğacı, qaz sayğacı və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini A.Səmədov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Bakı şəhər sakini F.Musayevdən silah-sursat aşkar olunaraq götürülüb
Nərimanov Rayon Polis İdarəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Bakı şəhər sakini F.Musayevdən nömrəsi silinmiş “Makarov” markalı tapança, 1 ədəd daraq və 5 patron aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Suraxanı rayonunun Hövsan qəsəbəsindəki evlərdən birinin həyətindən avtomobil ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb
Suraxanı RPİ 30-cu Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində fevralın 7-də Hövsan qəsəbəsindəki evlərin birinin həyətindən 1500 manat dəyərində avtomobil ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən qəsəbə sakinləri A.Əhmədzadə və Ə.Seyidov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Qanunsuz ov edən Goranboy rayon sakinləri S.Əhmədov, M.İsmayılov və R.Məmmədov saxlanılıblar
Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz ov edən rayon sakinləri S.Əhmədov, M.İsmayılov və R.Məmmədov saxlanılıblar. R.Məmmədovdan və S.Əhmədovdan qanunsuz saxladıqları “İJ” və “TOZ” markalı ov tüfəngləri götürülüb.