Tovuz rayonunun Aşağı Öysüzlü kəndi ərazisində “Nissan” markalı avtomobillə yolu keçən piyada vurulub
13.03.2023Martın 13-də saat 20 radələrində Tovuz rayonunun Aşağı Öysüzlü kəndi ərazisində rayon sakini F.Vəliyev idarə etdiyi “Nissan” markalı avtomobillə yolu keçən C.Məmmədovu vurub. Nəticədə xəsarət alan piyada xəstəxanaya aparılarkən yolda ölüb.
Tovuz Rayon Polis Şöbəsində araşdırma aparılır.