Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində “Ford Transit” markalı iki avtomobil toqquşub
13.03.2023Martın 13-də saat 11 radələrində Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində Culfa rayon sakini R.Kazımovun və Bakı şəhər sakini A.Rəhmanovun idarə etdikləri “Ford Transit” markalı iki avtomobil toqquşub. Nəticədə A.Rəhmanov hadisə yerində ölüb.
Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.