Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Şərur rayon sakini Ş.Kərimovadan qanunsuz saxladığı ov tüfəngi götürülüb
17.03.2023
Culfa Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Şərur rayon sakini Ş.Kərimovadan qanunsuz saxladığı “Winchester” markalı ov tüfəngi götürülüb. Araşdırma aparılır.
İsmayıllı rayon sakinləri 2 nəfər şəxsdən qanunsuz saxladıqları ov tüfəngləri götürülüb
İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakinləri S.Babayevdən və M.Fərzalıyevdən qanunsuz saxladıqları “İJ” və “TOZ” markalı ov tüfəngləri götürülüb.Araşdırma aparılır.
Sabirabad rayonunun Bala Həşimxanlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş vermişdir
Martın 17-də saat 15 radələrində Sabirabad rayonunun Bala Həşimxanlı kəndi ərazisində Bakı şəhər sakini R.Zeynalov idarə etdiyi “Ford Transit” markalı avtomobillə yolun hərəkət hissəsində velosiped sürən rayon sakini S.Əliyevi vurub. Nəticədə velosipedçi hadisə yerində ölüb, sərnişini isə xəstəxanaya yerləşdirilib.Sabirabad Rayon Polis Şöbəsində araşdırma aparılır.
Laçın rayonunun Qorçu kəndi ərazisində avtomobil dərəyə aşmışdır
Martın 17-də saat 1 radələrində Laçın rayonunun Qorçu kəndi ərazisində Kəlbəcər rayon sakini Ş.Mirzəliyev idarə etdiyi “KamAZ” markalı avtomobili dərəyə aşırıb.Nəticədə sürücü hadisə yerində ölüb, sərnişini isə xəstəxanaya yerləşdirilib.Laçın Rayon Polis Şöbəsində araşdırma aparılır.
Füzuli rayonunun 1-ci Zobucuq qəsəbəsi ərazisində avtomobil dərəyə aşmışdır
Martın 17-də saat 21 radələrində Füzuli rayonunun 1-ci Zobucuq qəsəbəsi ərazisində rayon sakini S.Alıyev idarə etdiyi “Mercedes” markalı avtomobili dərəyə aşırıb.Nəticədə avtomobildəki sərnişin E.Quliyev hadisə yerində ölüb.Füzuli Rayon Polis Şöbəsində araşdırma aparılır.
İmişli rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş vermişdir
İmişli Rayon Polis Şöbəsinə rayon sakini F.Xasayevin avtomobillə vurulması nəticəsində ölməsi barədə məlumat daxil olub.Araşdırmalarla martın 17-də saat 23 radələrində Sarıxanlı kəndi ərazisində yolun hərəkət hissəsində uzanmış F.Xasayevin rayon sakini Z.Murtuzayevin idarə etdiyi “VAZ-2106” markalı avtomobillə vurulması nəticəsində ölməsi və sürücünün hadisə yerini tərk etməsi müəyyən olunub.Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən Z.Murtuzayev saxlanılıb.İmişli Rayon Polis Şöbəsində araşdırma aparılır.
Şabran rayonunun Ağalıq kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş vermişdir
Martın 17-də saat 19 radələrində Şabran rayonunun Ağalıq kəndi ərazisində A.İsgəndərovun idarə etdiyi “KamAZ” və N.Ramazanovun idarə etdiyi “Volvo” markalı yük avtomobilləri toqquşub. Nəticədə hər iki sürücü hadisə yerində ölüb, “KamAZ” markalı avtomobildə olan bir sərnişin xəstəxanaya yerləşdirilib.Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Xətai rayonunda narkotiklərin satışını təşkil edən, üzərində qanunsuz odlu silah-sursat saxlayan və silsilə oğurluqlar edənlərə qarşı əməliyyatlar keçirilib
Xətai rayonunda narkotik vasitələrin satışını təşkil edən, üzərində qanunsuz odlu silah-sursat gəzdirən, habelə mülkiyyət əleyhinə cinayətlər törədən şəxslərə qarşı xüsusi əməliyyatlar həyata keçirilib. Xətai Rayon Polis İdarəsinin və ərazi polis orqanlarının martın əvvəlindən keçirdikləri əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 48 nəfər saxlanılıb. Araşdırma zamanı saxlanılanların bir neçəsinin əvvəllər də narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdikləri üçün məhkum edilmiş şəxslər olduqları müəyyən edilib. Onların üzərindən, yaşadıqları evlərdən külli miqdarda heroin, marixuana və metamfetamin aşkar edilib.Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı isə üzərində qanunsuz olaraq silah gəzdirən Zamir Cəlilov saxlanılıb. Ondan bir ədəd “Revolver” tipli yivli tapança və həmin silaha aid patron aşkar edilib. Zamir Cəlilov odlu silah-sursatı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək satmaq məqsədi ilə özündə saxladığını bildirib. Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı isə rayon və paytaxtın digər ərazilərində avtomobillərdən silsilə oğurluqlar edən Fikrət Cəlilov tutulub. Həmin şəxs Bakı şəhərində müşahidələr apararaq qapısı sahibi tərəfindən açıq saxlanılan nəqliyyat vasitələrinin salonlarından mobil telefonlar, pul kisələri, noutbuklar və digər qiymətli əşyalar oğurlayıb. Fikrət Cəlilovun paytaxt ərazisində digər bu kimi cinayətlər törədib-törətmədiyinin müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davan etdirilir.Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən sonuncu əməliyyat zamanı isə avtomobillərin ehtiyat hissələrinin satıldığı obyektlərdən birindən oğurluqlar edən Ceyhun Allahverdiyev və qardaşı Cəsarət saxlanılıblar. Bu şəxslər müxtəlif vaxtlarda həmin obyektə 3 dəfə daxil olaraq oradan xarici markalı nəqliyyat vasitələrinin katalizatorlarını oğurlayıblar. Ceyhun və Cəsarət Allahverdiyevlər bu yolla zərərçəkənə ümumilikdə 33 min manat maddi ziyan vurublar.Xətai rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi, eləcə də digər hüquqpozmalara qarşı polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 69 cinayətin açılması təmin olunub
16.03.2023
Martın 16-da ölkə ərazisində qeydə alınan 69, əvvəlki dövrlərdən bağlı qalan 16 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Ümumi çəkisi 63,8 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının martın 16-da respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 63,8 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 24,1 kiloqramdan artıq heroin, 24,5 kiloqrama yaxın marixuana, 7 kiloqrama yaxın tiryək, 8,2 kiloqramdan çox metamfetamin və 18 ədəd yüksək təsiredici xassəyə malik həblər olub. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.