Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Bakı şəhər sakini O.Nuriyevdən heroin və metamfetamin götürülüb
14.03.2023
Nəsimi RPİ 20-ci Polis Bölməsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş O.Nuriyevdən 339 qramdan artıq heroin və metamfetamin aşkar olunaraq götürülüb.
Kürdəmir rayon sakini D.Əsgərovdan 425 qram marixuana götürülüb
Kürdəmir Rayon Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan rayon sakini D.Əsgərovdan 425 qram marixuana aşkar olunaraq götürülüb.
Səbail rayonu ərazisində yerləşən otellərin birindən oğurluq etməkdə şübhəli bilinən Şəki rayon sakini S.Ağammədov saxlanılıb
Martın 11-də gecə saatlarında Səbail rayonu ərazisində yerləşən otellərin birindən 1770 manat dəyərində 2 ədəd güldan, suvenir əşya və təmir alətinin qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub. Səbail RPİ 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Şəki rayon sakini S.Ağammədov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Səbail rayonu ərazisindəki mağazaların birindən noutbuk oğurlamaqda şübhəli bilinən T.Əliyev saxlanılıb
Səbail RPİ 39-cu Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində martın 13-də rayon ərazisindəki mağazaların birindən noutbuk oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini T.Əliyev saxlanılıb. Araşdırma aparılır.
Nizami rayonunun Keşlə qəsəbəsindəki evlərdən birinin həyətindən 10.000 manat dəyərində inşaat materiallarını oğurlamaqda şübhəli bilinən İ.Abbasov saxlanılıb
Martın 13-də Nizami rayonunun Keşlə qəsəbəsindəki evlərdən birinin həyətindən 10.000 manat dəyərində inşaat materiallarının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub. Nizami RPİ 23-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini İ.Abbasov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Gəncə şəhəri ərazisindəki mağazaların birindən 650 manat dəyərində elektron siqaret oğurlamaqda şübhəli bilinən R.Məcnuni saxlanılıb
Gəncə ŞBPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər ərazisindəki mağazaların birindən 650 manat dəyərində elektron siqaret oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş R.Məcnuni saxlanılıb. Araşdırma aparılır.
Yasamal rayonu Kənar Dairəvi yolunda “KİA” markalı avtomobil yolun kənarındakı dəmir maneəyə çırpılıb
Martın 14-də saat 7 radələrində Yasamal rayonu Kənar Dairəvi yolunda Bakı şəhər sakini N.Seyidov idarə etdiyi “KİA” markalı avtomobili yolun kənarındakı dəmir maneəyə vurub. Nəticədə avtomobildəki sərnişin S.Maqerramova hadisə yerində ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Babək rayonunun Badaşqan kəndi ərazisində “Hyundai” markalı avtomobil yolun kənarındakı ağaca çırpılıb
Martın 14-də saat 8 radələrində Babək rayonunun Badaşqan kəndi ərazisində rayon sakini E.Əsədov idarə etdiyi “Hyundai” markalı avtomobili yolun kənarındakı ağaca vurub və nəticədə sürücü hadisə yerində ölüb.Babək Rayon Polis İdarəsində araşdırma aparılır.
Qəbələ rayonunun Mirzəbəyli kəndi ərazisində rayon sakini O.Qədirovu idarə etdiyi avtomobillə vuraraq hadisə yerindən yayınan sürücüsü İ.Hacıyev saxlanılıb
Martın 14-də saat 19 radələrində Qəbələ rayonunun Mirzəbəyli kəndi ərazisində yolu keçən rayon sakini O.Qədirov müəyyən edilməyən avtomobillə vurulub və aldığı xəsarətlərdən hadisə yerində ölüb.Qəbələ Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “VAZ-21074” markalı avtomobillə törədilməsi müəyyən olunub və həmin nəqliyyat vasitəsinin sürücüsü, Nic qəsəbə sakini İ.Hacıyev saxlanılıb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Sabirabad şəhəri ərazisində “VAZ-2106” markalı avtomobillə velosipedçi vurulub
Martın 14-də saat 20 radələrində Sabirabad şəhəri ərazisində rayon sakini B.Həmidov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə qarşıda velosipedlə gedən S.Mirzəyevi vurub və nəticədə velosipedçi hadisə yerində ölüb.Sabirabad Rayon Polis Şöbəsində araşdırma aparılır.