Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Binəqədi rayonu ərazisində yerləşən marketlərdən birinin anbarındakı seyfdən pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini F.Əliyev saxlanılıb
09.03.2023
Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində yerləşən marketlərdən birinin anbarındakı seyfdən 11.200 manatın qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub. Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini F.Əliyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Xırdalan şəhər sakini olan bir qadının bank hesabından pul oğurlamaqda şübhəli bilinən B.Qasımov saxlanılıb
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Xırdalan şəhər sakini olan bir qadının bank hesabından pul oğurlamaqda şübhəli bilinən Məmmədli kənd sakini B.Qasımov müəyyən olunaraq saxlanılıb. Onun şəhər sakini olan daha bir qadının bank hesabından pul oğurlaması da məlum olub. Araşdırma aparılır.
Binəqədi rayonunda yanvar-fevral aylarında keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 98 nəfər saxlanılıb
Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən bu ilin yanvar-fevral ayı ərzində rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsini həyata keçirən şəxslərə qarşı əməliyyatlar davam etdirilib. Əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 98 nəfər saxlanılıb. Araşdırma zamanı müəyyən edilib ki, saxlanılanların bir neçəsi əvvəllər də eyni cinayətlər etdikləri üçün, yəni narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdikləri üçün məhkum olunmuş şəxslərdir. Həmin şəxslərin üzərindən, yaşadıqları evlərdən 11 kiloqram heroin, marixuana və psixotrop maddə olan metamfetamin aşkar edilib.Qeyd edək ki, saxlanılan şəxslərin bir neçəsinin Binəqədi rayonunda evlərdən və obyektlərdən oğurluq etdikləri də müəyyən edilib. Onların hər biri barəsində İdarənin İstintaq Şöbəsində Cinayət işləri başlanılıb. Binəqədi rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin də tutulmaları istiqamətində polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 64 cinayətin açılması təmin olunub
08.03.2023
Martın 8-də ölkə ərazisində qeydə alınan 64, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Ümumi çəkisi 8,4 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının martın 8-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 8,4 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 4 kiloqramdan artıq heroin, 1,4 kiloqrama yaxın marixuana, 3 kiloqramdan çox metamfetamin olub. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Metroda 2 sərnişinin mobil telefonlarını cibgirlik yolu ilə talamaqda şübhəli bilinən Mingəçevir şəhər sakini Ə.İsayev saxlanılıb
Metropolitendə Polis İdarəsinə ayrı-ayrı vaxtlarda qatarda 2 sərnişinin mobil telefonlarının cibgirlik yolu ilə talanması barədə məlumatlar daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.İsayev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Paytaxtın Nizami rayonu ərazisində avtobusda soyğunçuluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini V.Qəniyev saxlanılıb
Paytaxtın Nizami rayonu ərazisində “Daewoo” markalı bir marşrut avtobusundan içərisində pul olan cüzdanın soyğunçuluq yolu ilə talanması barədə 24-cü Polis Şöbəsinə məlumat daxil olub.Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində soyğunçuluq əməlində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş V.Qəniyev müəyyən olunaraq saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Səbail rayonunun Badamdar qəsəbəsi ərazisində yük avtomobilindən oğurluq etməkdə şübhəli bilinən Şamaxı rayon sakini Ş.Məmmədov saxlanılıb
Səbail RPİ 41-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində fevralın 28-nə keçən gecə Badamdar qəsəbəsi ərazisində “KamAZ” markalı bir yük avtomobilindən 2 ədəd akkumulyator oğurlamaqda şübhəli bilinən Şamaxı rayon sakini, əvvəllər məhkum olunmuş Ş.Məmmədov saxlanılıb. Araşdırma aparılır.
Suraxanı rayonunun Binə qəsəbəsində 3 evdən oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini Ə.Şıxəliyev saxlanılıb
Suraxanı RPİ 30-cu Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində martın 7-də Binə qəsəbəsində 3 evdən pul və zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Şıxəliyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Abşeron rayon sakini B.Umudovdan marixuana götürülüb
Sumqayıt ŞPİ 1-ci Polis Bölməsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Abşeron rayon sakini B.Umudovdan 885 qram marixuana aşkar olunaraq götürülüb.