Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Gün ərzində ölkə ərazisində qeydə alınan 82 cinayətin açılması təmin olunub
10.03.2023
Martın 10-da ölkə ərazisində qeydə alınan 82, əvvəlki dövrlərdən bağlı qalan 21 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Ümumi çəkisi 15,3 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının martın 10-da respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 15,3 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 14,2 kiloqrama yaxın marixuana, 800 qramdan artıq heroin, 280 qramdan çox metamfetamin olub. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Bakı şəhər sakini M.Baxşıyevdən heroin, metamfetamin və elektron tərəzi aşkar olunaraq götürülüb
Nəsimi RPİ 21-ci Polis Bölməsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş M.Baxşıyevdən 3 qrama yaxın heroin, yaşadığı evə baxış zamanı əlavə 202 qrama yaxın heroin, 70 qramdan artıq metamfetamin və 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb.
Bakı şəhər sakini R.Məmmədovdan 4 kiloqram 357 qram marixuana götürülüb
Suraxanı RPİ 33-cü Polis Bölməsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Bakı şəhər sakini R.Məmmədovdan 4 kiloqram 357 qram marixuana götürülüb. Araşdırmalarla onun rayon ərazisində bir avtomobildən içərisində pul, sənədlər, bank kartı olan cüzdanı oğurlaması da məlum olub. Araşdırma aparılır.
Bir qrup Neftçala rayon sakinindən narkotik vasitələr aşkar olunaraq götürülüb
Neftçala Rayon Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan rayon sakinləri, əvvəllər məhkum olunmuşlar - V.Alışdan 107 qramdan artıq heroin, A.Süleymanovdan 2 kiloqram 225 qram, A.Mahmudovdan isə 2 kiloqram 970 qram marixuana aşkar olunaraq götürülüb.
Xəzər rayonunun Şüvəlan qəsəbəsi ərazisində sürücüyə qarşı quldurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini T.Qasımov saxlanılıb
Martın 4-də saat 23 radələrində Xəzər rayonunun Şüvəlan qəsəbəsi ərazisində “Toyota Prius” markalı bir avtomobildə sürücünün sərnişini tərəfindən bıçaqla hədələnərək quldurluq yolu ilə pulunun talanması barədə polisə məlumat daxil olub.Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş T.Qasımov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Sumqayıt şəhər sakini Q.Cəfərovun pulunu soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən şəhər sakini Z.Kazımov saxlanılıb
Martın 7-də Sumqayıt şəhəri ərazisində şəhər sakini Q.Cəfərovun 327 manatının soyğunçuluq yolu ilə talanması barədə polisə məlumat daxil olub. Sumqayıt ŞPİ 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində soyğunçuluq əməlində şübhəli bilinən şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Z.Kazımov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Naftalan şəhərində 3 vətəndaşın bank hesablarından pullarını oğurlamaqda şübhəli bilinən Goranboy rayon sakini A.Əhmədli saxlanılıb
Naftalan Şəhər Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində 3 vətəndaşın bank hesablarından ümumilikdə 1500 manat pullarını oğurlamaqda şübhəli bilinən Goranboy rayon sakini A.Əhmədli müəyyən olunaraq saxlanılıb. Araşdırmalarla onun daha 3 nəfərin bank hesablarından 3080 manat pul vəsaitlərini oğurlaması da məlum olub. Araşdırmalar aparılır.
Ağdaş rayonu ərazisindəki orta məktəblərin birindən oğurluq etməkdə şübhəli bilinən rayon sakini R.Yusifov saxlanılıb
Ağdaş Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki orta məktəblərin birindən 15 ədəd noutbuk və 1 ədəd proyektor oğurlamaqda şübhəli bilinən rayon sakini R.Yusifov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Ağdaş rayonu ərazisindəki elektrik şəbəkəsinə məxsus metal dayağı oğurlamaqda şübhəli bilinən rayon sakini E.Güləliyev saxlanılıb
Ağdaş Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki elektrik şəbəkəsinə məxsus 5 tonluq metal dayağı oğurlamaqda şübhəli bilinən rayon sakini E.Güləliyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.